“Behcət” məktəbinin müəllim və şagirdləri

bechetLankon 1908

Teymur bəy Bayraməlibəyov Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə “Behcət” adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli “Behcət” adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.
Teymur bəyin təşəbbüsü ilə yaradılan “Behcət” məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökümətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağladılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma