Cəvahirnameyi Talış (Əxbarnamə) – bu qiymətli əsər Talış xanları: Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd tərəfindən 1882-1883-cü illərdə fars dilində qələmə alınmışdır. Əsərdə Talış Xalığının tarixində baş verən bir sıra dramatik hadisələr, o cumlədən Ağa Məhəmməd şah Qacarın (1779-1797) Talış Xanlığını özünə tabe etdirmək məqsədilə Talışa hücumu detalları ilə qeydə alınmışdır.
Cəvahirnameyi Talışda (Əxbarnamə) əsas etibarı ilə 60 illik bir dövrdə (1740-1840) Talışda cərayan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış Xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir.
Əsərlə diqqətlə tanışlıqdan sonra hər bir oxucu bir daha “tarix hansısa formada takrarlanir” deyiminin, xüsusən Talışa və talış xalqına münasibətdə nə dərəcədə real olduğunu görəcəkdir.
Cəvahirnameyi Talış 1955-ci ildə Azərb.SSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir. Demək olar ki, əsər uzun müddət talış xalqından gizlədilmişdir. 2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbusu ilə Cəvahirnameyi Talışın 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nusxə ilə işıq üzü görür. Lakin bu da Cəvahirnameyi Talışa olan oxucu taləbatını ödəyə bilməmişdir.
Keçən əsrin 80-cı illərində Cəvahirnameyi Talış ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır. İshaq Axundov kitabı çapa hazırlasa da, 1992-ci ilin 15 oktyabrında rəhmətə getdiyindən son arzusunu yerinə yetirə bilməmişdir. Onun oğlu Tufan Axundov atasının işini başa çatdıraraq 2009-cu ildə Cəvahirnameyi Talışı “Əxbərnamə” adı ilə çap etdirmişdir.
Kitabı bu linkdən yükləyə bilərsiz: