Bir-neçə gün əvvəl Almaniya Parlamenti erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnaməni qəbul etdi. Qətnamə hələ qanun sayılmasa da böyük səs-küy doğurdu.
Ankaranın hiddətinə səbəb olan qətnamə sənədinə Almaniya Yaşıllar Partiyasının lideri, türk əsilli Cem Özdəmirlə bərabər başqa 10 türk əsilli alman deputat da imzaladı. Yaxasına erməni nişanı taxan partiya lideri çıxışında Ənvər Paşanı və Tələt Paşanı qatillər adlandırıb və Türkiyə əleyhinə çıxış etdi.
Ötən ilin 23 iyulunda Belçika Parlamentində qəbul olunan oxşar qətnaməyə səs verənlər arasında daha bir türk əsilli deputat Emir Kir də vardı.
Maraqlıdır ki, hətta Türkiyə parlamentinin bir-çox deputatları da dəfələrlə soyqırımın leyhinə ifadələr işlətsə də, hadisələrə həmişəki kimi Azərbaycan müxalifətinin bəzi nümayəndələri yersiz və aqressiv, daha dəqiq desək AzTV-sayağı münasibətlə yadda qaldı. Azərbaycanda Türkiyə hökümətindən maliyyələşən separatçı saytlar hadisəni şişirtməyə və Almaniyaya qarşı şovinist fikirlər yaymağa başladılar. Halbu ki, mətbuat orqanı baş verən hadisələri işıqlandırmalı, buna hər hansı şəxsi rəy və şərh verməməlidir. Uzaqbaşı hansısa siyasi təhlilçi və ya siyasətçi şərh verə bilər ki, bunu da ən iyrənc səviyyədə gördük.
Düzü ermənilərlə aramızda olan münasibətləri nəzərə alaraq sadə əhalinin aqressiv münasibətini başa düşmək olardı. Lakin siyasi çevrə nümayəndələrinin bizə dəxli olmayan, bəzi məsələlərdə hətta ziyanı yox, xeyiri olan bu hadisəyə aqressivliyi onların bir növ Türkiyəyə öz ölkələri kimi baxaraq Azərbaycanda türk separatizmini yaymaqlarından qaynaqlanırdı. İllərdir davam edən və Azərbaycan bəzi müxalifətçilərinin xəyallarını bəzəyən Azərbaycanın Türkiyə ərazisinə çevrilməsi kimi separatçı “arzu” görünür hələ uzun illər də unudulmayacaq. Xaricdə təhsil almaq, qalın kitablar oxumaq, indi isə kiçik ölkəyə qapanıb böyük statuslar yazmaq insan arzularına, xəyallarına təsir etmirmiş.
Erməni soyqırımının Azərbaycana siyasi xeyirləri

Erməni soyqırımının yalan və ya gerçək olması ilə bağlı fikir yürütməkdən uzağam. Çünki bunun üçün arxivlər açılmalı və incələnməlidir. Kim bilir, arxivlər açıldığı zaman bəlkə də Türkiyənin Suriyada, Kürdlərin yaşadığı ərazilərdə və Azərbaycanda törətdiyi başqa qırğınlar da üzə çıxa bilər.
Lakin konkret olaraq Erməni soyqırımı məsələsinin Azərbaycan üçün bir-çox siyasi xeyri var.
1) Erməni soyqırımını tanıyan ölkələrə Azərbaycanın təsir mexanizmi artacaq. Biz eyni kontekstdən yanaşaraq Xocalı soyqırımını da həmin parlamentdə ən pis halda müzakirə mövzusuna çevirə bilərik. Sadə dildə desək, “Bir əsrlik tarixi olan soyqırımı qəbul etmisizsə, 20 ilik tarixi olan soyqırımı da qəbul edin” deyə bilərik.
2) Türkiyə sonunda arxivləri açdığı zaman Azərbaycan barədə yürütdüyü siyasi həqiqətləri öyrənə bilərik.
3) Ermənistan lobbisi öz gücünü Erməni soyqırımının tanınması yönümündə qoyduğu zaman Qarabağla bağlı təbliğatlara daha az güc qoyacaq.
4) Qanunu qəbul edən ölkələr Ermənistandan legitimlik tələb edəcək. Yəni ki, biz bu qanunu qəbul edirik, ədalət göstəririk. Amma sən də Qarabağ məsələsində ədalətli ol.
Yuxarıda gördüyünüz bütün hallarda məsələ Azərbaycanın xeyrinədir və biz bu qanunun qəbul edilməməsinə yox, qəbul edilməsinə və eyni konteksin Azərbaycanda törədilən Xocalı soyqırımı barədə də qəbul edilməsini tələb edə bilərik. Biz qanunun əksinə getdiyimiz təqdirdə isə qeyri-legitim təsir bağışlayacayıq və heç kimə Xacalı soyqırımı maraqlı olmayacaq.
Yuxarıda sadalananları Azərbaycan müxalifətçiləri də gözəl bilir. Lakin hakimiyyəti hər zaman haqlı yöndən tənqid etməyi bacaran müxalifət, Rusiya və İranı haqlı olaraq Azərbaycandan uzaqlaşdırmağa çalışan müxalifət, nədənsə Türkiyə məsələsində əksinə hərəkət edir və separatçı mövqe göstərərək Azərbaycanı Türkiyənin əlalatısı kimi göstərməyə çalışır. Onlar heç bir ideoloji məsələdə Türkiyəyə tənqid edə bilmirlər. Bunun da 2 əsas səbəbi var: Bir qurup müxalifət nümayəndəsi Türkiyə tərəfindən maliyyələşir, digər qurup isə onların saxta təbliğatının qurbanına çevrilir. Az qisimdə müxlifət nümayəndələri isə həqiqəti bilsələrdə dilə gətirərək çoxluğun qəzəbinə tuş gələcəklərindən qorxurlar.
Qısaca olaraq, Türkiyə Azərbaycana “qardaş”, “dost” kimi saxta siyasi qavramları yeridərək öz işğalçı siyasətini separatçı əlaltıları vasitəsi ilə hayata keçirir.
Bəs doğurdanmı Türkiyə bizim qardaşımız, dostumuz və sairəmizdir?
İlk öncə ondan başlamaq lazımdır ki, Azərbaycan Cümhuriyyəti ilk illərində və süqutundan sonra SSRİ-yə qarşı güc axtarışındaydı. Müstəqillik qurularkən Rusiya və İran istiqamətində meyillənmək səhv olardı. Çünki bu imperiyalar uzun illər öz psixalogiyasını Azərbaycana yeritmiş və bərkitmişdi. Buna görə də onlar ilə müttəfiqlik məhvə bərabər idi. Digər tərəfdən isə İran ordusu həddən artıq zəifləmiş, Rusiyada isə qeyri-müəyyənlik davam edirdi. Nisbətən Osmanlıya arxayın olmaq olardı. Çünki bu dövlət dağılma ərəfəsində olduğundan ideoloji olaraq çökməkdəydi və güc olaraq uzun müddət Azərbaycana təsir edə bilməzdi. Buna görə də Osmanlı ilə ittifaqa girmək siyasi cəhətdən daha sərfəliydi.
Cümhuriyyət dağıldıqdan sonra bəzi hökümət nümayəndələrinin Türkiyəyə, ardınca isə Almaniyaya gedərək müttəfiq axtarışında olması da doğru qərar idi.
Lakin uzun illər keçməsindən sonra hadisələr bizə təhrif olunaraq təqdim olunmağa başladı. Guya Cümhuriyyət qurucuları türkçü idi. Güya Cümhuriyyəti quran büsbütün türklər idi.
Bizim Azərbaycanda yaşayan türk etnosuna qarşı heç bir aqressiyamız olmasa da, “türkçülük” adı altında tarixi saxtalaşdıran, separatçılıq edən, Azərbaycanın müstəqilliyinə loyal baxan, ölkədə başqa millətlərə şovinist yanaşan və ən əsası türk millətinin adına ləkə olan belələrini tənqid etməyi də özümüzə borc bilirik.
Türkçü, yoxsa faşist Cümhuriyyət?
Ilk öncə ondan başlamaq lazımdır ki, Azərbaycan hökumətinin türkçü olmasına dair göstərilən “sübutlar” ya saxtalaşdırılıb, ya da təhrif olunur. Çox insan Rəsulzadənin məqalələrini təhrif edərək bildirir ki, o Azərbaycanı türkçü adlandırdığına görə biz türkük. İlk növbədə Cümhuriyyət tək Rəsulzadədən ibarət deyildi. Digər tərəfdən isə bir məsələ var ki, eyni Rəsulzadə Almaniyada faşistlərlə əlaqəyə girərək onların da gücünə arxalanmış və Azərbaycanı Ari tayfalarından biri kimi göstərmişdi. Eyni məntiqlə getsək biz özümüzü faşistdəmi adlandırmalıyıq? Və yaxud da bir millət eyni anda necə tamamiylə Ari və Türk ola bilər?
Həqiqət budur ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin və parlamentinin etnik tərkibi əsasən Tat əsilli siyasətçilərdən təşkil olunmuşdu. Daha sonrakı çoxluq isə bu ardıcıllıqla idi: Türklər, Talışlar, Kürdlər, Ermənilər, Ləzgilər, Avarlar, Ruslar, Yəhudilər. Amma parlament və höküməti quranları daha çox etnik tərkib yox, siyasət maraqlandırmış və onlar daim Azərbaycanın tam müstəqilliyi üçün çalışmışlar.
Cümhuriyyətin İstiqlal bəyənnaməsində açıq şəkildə deyilir: Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, sinifindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlara siyasi hüquqlar və vətəndaşlıq hüququ verir. Belə bir bəyənnmasi olan hökümət necə etnik milliyətçi idealogiyadan çıxış edə bilərdi?

Paris Sülh Konfransında da Qafqazda Azərbaycanın müsətqilliyinin tanınmasının başlıca səbəbi o idi ki, bu hökumət dünyaviydi, şovinist və etnik milliyətçi deyildi. Məs Dağıstan məsələyə etnik milliyətçilik prinsipindən yanaşdığından onların müstəqilliyi tanınmamışdı.
Digər tərəfdən isə necə ola bilər ki, həmin illərdə Osmanlı ilə kəskin münasibətləri olan Avropa ölkələri türkçü idealogiyanı dəstəkləyən dövlətin müstəqilliyini tanısın?
Digər tərəfdən Azərbaycan Cümhuriyyəti Türkiyə Cümhuriyyətindən öncə var olmuşdu. Necə oldu ki, Türkiyədə doğulan türkçü ideyaları 4-5 il öncə Azərbaycanda peydə olmuşdu. Bu fikri dəstəkləyənlər yəqin ki, zaman maşının varlığına inanaraq belə davranıblar.
Gördüyünüz kimi bütün bu amillər daban-dabana ziddir.
Türkçülüyün Azərbaycanda yaranmasında da heç bir tarixi sənəd və sübutlar yoxdur. Arxivlərdən 2-3 “tarixçi” tərəfindən çatdırılan siyasi proseslər isə ustalıqla təhrif olunur. Bu proseslərə hər kəsin baxmasına şərait yaradılmır.
Rəsulzadənin və bir-neçə Azərbaycan hökuməti nümayəndəsinin Türkiyə və Almaniyada Azərbaycanlıları gah Türk, gah da Ari göstərməsi isə siyasi manevirdən savayı başqa bir şey deyildi. Əgər Azərbaycan Türkiyə tərəfindən işğal edilsəydi inanın ki, hökümətimiz Rusiyaya qaçıb bizi rus da adlandırardı. Çünki onlar bizim yeni nəsil “siyasətçi”lərdən fərqli olaraq əsl siyasətçi idilər və güc balansından uğurla istifadə etdilər. Türkiyədən maliyyələşən separatçı Azərbaycan “tarixçi”ləri isə onların həyatının 50-ci illər sonrasını bizdən gizlətməklə, fəaliyyətlərini təhrif etməklə çox böyük saxtakarlıq ortaya qoydu.
Türkçülük ideası haradan doğdu?
Amma təbii ki, Azərbaycanda var olan türkçülük ideyası (etnik yox, ideoloji baxımdan) heç də havadan-sudan gəlməyib. Onun əmələ gəlişində SSRİ-Türkiyə münasibətlərinin böyük rolu vardı. Həm Türkiyə, həm də SSRİ müstəqilliklərinin ilk illərində böyük əlaqələrə malik idilər. Bu əlaqələrin kökündə hər iki tərəfi qane edən maraqlar tuturdu. SSRİ kommunizmi Türkiyəyə yaymaq, Türkiyə isə SSRİ timsalında yenicə müstəqilliyini qeyd edən kasıb Türkiyə üçün yardım almaq və öz dilini, idealogiyasını Azərbaycanda yaymaq maraqlarında idi.
SSRİ bu məsələni reallaşdırmaq üçün Azərbaycanda türkçülük idealarının bərkiməsinə icazə vermişdi. SSRİ türkçülük, vahid xalq ideası ilə həm də İrandakı Azərbaycanlılara təsir edə biləcəyini düşünürdü. Bununla razılaşmayan Talış, Kürd və Axska ziyalılarını isə ailələri ilə birlikdə 1931, 1935-ci illərdə Qazaxıstan, Qırğızıstan, Yakutiya kimi ölkələrə sürgün etdi. Lakin sonralar Türkiyənin tədirəcən qərbə, NATO-ya yönəlməsi, ABŞ-ın “Marşal Planı”na qoşulması SSRİ-nin qəzəbinə tuş gəldi və sovet siyasətçilər həm bölgə, həm də özləri üçün çox böyük bir problem açdıqlarının fərqinə vardılar. SSRİ 1937-dən başlayaraq ölkədə özünün yaratdığı türkçülük idealogiyasını tədricən boğmağa başladı. Lakin SSRİ türkçülüyü tam olaraq boğmadı. KKB vasitəsi ilə Türkiyə ilə yaxınlaşmaq arzusunda olan türkçüləri cəzalandırdı, İrana iddia edən türkçülərə isə dəymədi. Onların universitetlərdə, müxtəlif ziyalı çevrələrdə genişlənməsinə şərait yaratdı, yönəltdi və maliyyələşdirdi.
Müasir dövrümüzdə isə türkçülük Azərbaycan Cümhuriyyətinin ideası, SSRİ-nin isə boğmağa çalışdığı bir vasitə kimi beyinlərə yeridildi. Bu iddianı ortaya qoyanlar heç vaxt türkçülük ideasının SSRİ tərəfindən Azərbaycana gətirildiyindən danışmadılar. Bu barədə həqiqətlər KKB arxivləri açılacağı zaman daha aydın məlum olacaq.
Hazırda isə görünən odur ki, Türkiyənin və keçmiş SSRİ-nin aləti olan bu vasitə hələ də bizim bir-çox müxalifət nümayəndələrinin qibləgaha, bütə çevirdiyi idea kimi qalmaqda, Azərbaycanın müstəqilliyini təhdid etməkdə davam edir.