Talış şəhidin cənazəsi ailəsinə verildi – FOTO

vusal-eliyevÖtən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.

Əliyevlər ailəsinin iki övladı var. Vüsal sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması barədə Müdafiə Nazirliyi ötən gün məlumat yayıb. Nazirlikdən bildiriblər ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma