Lənkəranda bir televiziya şirkəti var, CTV deyirlər, yəni Cənub TV, bu teleşirkətə kim rəhbərlik edir, məramı nədir, bilmirəm, onu bilirəm ki, həmən TV-də Talış sözünü işlətmək yasaqdır!
Necə ola bilər ki, rəsmi statistika ilə 60 minə yaxın (hələm nə qədər azaldıblar, bir özləri bilir, bir də bu tapşırığı onlara verənlər) Talışın yaşadığı Lənkəranda TV ilə bir dənə də olsun Talışca veriliş verilmir? Axı bu nə yanaşmadır, bu nə mənasız millətçilikdir? Bəlkə o boyda Lənkəranda Talış dilində verilişə ehtiyac yoxdur? Məncə var, sadəcə TV rəhbərliyi tərəfindən “Talış” adına bir embarqo qoyulub, nəinki Talış dilində veriliş, heç Talış sözünü işlətmək olmazmış! Bunu başa düşmək üçün CTV rəhbərliyi ilə “çaşka-loşka” olmaq lazım deyil, elə kanal ilə gedən verilişlərə baxmaq kifayətdir. Məsəlçün: CTV kanalımda gedən “mahnı müsabiqəsi”ndə bir gəncin Əli Nasirin “Öz Talış Torpağımdadır” mahnısından “Talış” sözlərini çıxardıb, yerinə “Lerik” sözünü əlavə etməsi sizlərə heç nə demirmi? Axı “Masallının İstisuyu” Lerikdə ola bilməz, bu nə biabırçılıqdır? Görəsən bu Talışlar nə ediblər bu CTV rəhbərliyinə ki, bizə qarşı belə antipatiya ilə yükləniblər? Axı bizim də öz dilimizdə TV verilişlərinə baxmaq hüququmuz var, bu hüququ bizə indi “ana yasa” adlandırılan kitab tanıyırsa, rəsmən əhalisinin 40 faizi Talış olan Lənkəran şəhərinin TV şirkətinin rəhbərliyi niyə tanımamalıdır? Bəljkə CTV rəhbərliyi Ali Qanunu saya salmır? Bəlkə CTV rəhbərliyi elə bilir ki, Talış dilində veriliş verməməklə, proqramlarda “Talış sözünü işlətmək olmaz” tapşırığını verməklə bizə Talış olduğumuzu unutdura biləcək? Məncə buna nə CTV rəhbərliyinin, nə də digər şəxslərin gücü çatmaz, biz OLMUŞUQ, biz VARIQ, biz OLACAĞIQ! CTV-də də, İTV-də də veriliş almaq isə zamanın işidir, mən əminəm ki, gec-tez biz bunlara nail olacağıq, bunun üçünsə bunu sidqi-ürəkdən istəmək lazımdır! AĞLAMAYAN və PƏPƏ məsəllərin unutmayaq, axı biz bunu özümüz üçün yox, MİLLƏTİMİZ üçün istəyirik.
“Tolışon Sədo” qəzeti, nöm: 11
Qeyd edək ki, CTV rəhbərliyində olan şəxslər əslən ermənidir. Bu haqda növbəti yazılarımızda məlumatlar alacaqsız.