Əsrimizin əvvələrində bir müddət Lənkəranda yaşayıb yaratmış, məşhur bəstəkar Müslüm Maqomayev xeyli Talış mahnı və nəğmələrini nota köçürtmüşdür.
Bəstəkarın lənkaranlı dostu Mirzə Əbulfəz Əsədullayev soruşur: “Müslüm müəllim neçə illərdir çəltik zəmilərində qadınlarımızın ifa etdikləri mahnı və nəğmələri toplayırsan, bəs bu nəğmələri yığılıb qurtarmadı?”
Müslim Maqomayev cavabında deyir: “Nə dəryada balıq qurtarır, nə də Talışda nəğmə”
“Lənkaran”, səh. 142; Buraxlış:1990