Rövşən Lənkəranskinin yaşadığını sübut edən – FOTOFAKT

Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin sağ olmasına dair yeni xəbərlər yayılıb.

Sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçinin yaydığı məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosunun ona məxsus olmadığı deyilir.

Məlumata görə, Lənkəraniskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.

Qeyd edək ki, doğrudan da Rövşən Lənkəraniskinin xəstəxanadan çəkilmiş fotosu kimi ictimaiyyətə təqdim olunan həmin foto İsrail Müdafiə Nazirliyinin 2008-ci ildə yaydığı xəbərdə yer alıb. Həmin fotodakı şəxs Həmasın  Qəzza zolağında Kassam traketi atması ilə yaralanan Rami Tvitodur. Xəbərin linki iləburadan tanış ola bilərsiz.

İşin daha bir maraqlı tərəfi budur ki, Arzu Zeynalova adlı Facebook istifadəçisi məlumat mediada ictimailəşəndən sonra daha bir status yazaraq, bu mövzuda yazdığı statusların ona bəlli olmayan səsəblərdən Facebook-dan silindiyini iddia edən növbəti status paylaşıb:

“Bu araşdırmanı mən aparmışdım. Amma çox təəssüf hissi ilə bildirirəm ki, paylaşdığım faktlar bir az öncə silindi- səbəbini də anlamıram, kimlər… və necə silindi….” – deyə Arzu Zeynalova qeyd edir.

Qaynarinfo.Az olaraq, öz növbəmizdə təkrar araşdırma aparmaqla doğrudan da həmin fotonun 8 il öncə yayımlandığını təsdiq edən linkləri əldə etdik.

Belə olduğu təqdirdə Rövşən Lənkəranskinin ölümü olayında daha bir sirr yaranmış olur ki, bu da ciddi suallar yaradır. Rövşən Lənkəranski doğrudan da öldürülübmü?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma