Azərbaycanla Rusiya arasında heç bir fikir ayrılığı yoxdur.
Bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında turizm əlaqələri inkişaf etdirilməlidir:
“Azərbaycan rus turistləri üçün turistik marşrutlar açmalıdır. Buraya, xüsusilə, Talış rayonları olan Lənkəran və Astara aiddir. Bu şəhərlər gərək vacib turistik obyektlər olsunlar. Eynilə azərbaycanlı turistlər Rusiyaya da gələ bilərlər. Azərbaycanda bu gün rus dili üçün münbit şərait saxlanılır. Ölkədə çoxlu sayda rus yaşayır”.