Azəri dilinin Hind-Avropa dili olduğu sübut olundu – FAKTLAR

Azəri” istilahı “Azərbaycan” sözünün qısadılmış formasıdır və Azərbaycanda danışılmış dilin nə olduğunu göstərir. “Azəri”, İslam dönəmindən Səfəvi dönəminə qədərki zaman kəsiyində yalnız Azərbaycan əhalisinin dilinə verilmiş addır və Azərbaycanın iranlı dilinin əsaslı şəkildə dəyişikliyə məruz qaldığı Səfəvi dönəmindən bu addan istifadə də dayandırılmışdır.

Tarixi dəlillərdən bu həqiqət üzə çıxır ki, Azəri istilahı hər zaman Azərbaycan adı ilə yanaşı olmuş, soy və etnik baxımından ilk dəfə üçüncü hicri əsrdə, dil baxımından isə IV hicri əsrdə bu istilah gündəmə gəlmişdir.

Sonralar, “Azəri dili” sözündən Azərbaycan və buranın əhalisi zikr edilirkən istifadə edilmişdir. Missal üçün: Yaqut Həməvi (h. 575-625) “Məicəmül Üdəba” adlı kitabında “Xətb-I Təbrizidən” söz açır ki, öz qonşusu ilə “Azəri” dilində söhbət edir. O, həmçinin 621-ci hicri ilində yazdığı “Məcəmül udəba” əsərində Azərbaycandan söhbət açıldığında vurğulayır ki, Azərbaycan geniş bir ərazidir və onun ən məşhur şəhəri isə Təbrizdir ki, əhalisi azəridir.  Beləliklə də, “Azəri dili”istilahına işarə edir ( Həməvi, 1866 : 172 s) .

Azəri istilahı haqqında

“Azəri” istilahı “Azərbaycan” sözünün qısadılmış formasıdır və Azərbaycanda danışılmış dilin nə olduğunu göstərir. “Azəri”, İslam dönəmindən Səfəvi dönəminə qədərki zaman kəsiyində yalnız Azərbaycan əhalisinin dilinə verilmiş addır və Azərbaycanın iranlı dilinin əsaslı şəkildə dəyişikliyə məruz qaldığı Səfəvi dönəmindən bu addan istifadə də dayandırılmışdır. Buna görə də “Azəri” dilinin ( o cümlədən, türk dilinin də) hər zaman Azərbaycanda təkəllüm edilən dilin adı olduğunu düşünmək yanlış olardı. “Azəri” bir istilahdır ki, Midiya dönəmindən Səfəvi dönəminə qıdır Azərbaycanın əski iranlı dilini ehtiva edir.

Azəri istilahı “ bəzən ümumi məfhumda” pəhləvi dili, bəzən də özəl məfumda “təbrizli, Zəncanlı, ərdəbilli, marağalı, urmulu və .s” dili barədə işlədilir. Beləki, bəzi mənbələrdə “Azər” sözünün yerinə onun oxşar detalları kimi, ərdəbilli, marağalı, zəncanlı, təbrizli və ümumi azəri istilahının mənbələrinin adı istifadə edilmişdir.

Təbii, burada azəri dilinin araşdırılması və tədqiq edilməsi yolunda çətinliklərədə toxunulmalıdır, ona görə ki, bu dilin coğrafiya cəhətdən əhatə dairəsinin genişliyi və Zəncan, Təbriz, Urmiyə, Xalxal və Ərdəbildən tutmuş Ermənistan və Gürcüstana qədər  həqiqi sərhədlərinin müəyyən olmaması ucbatından bu dilin araşdırılması, formasının və elmi quruluşunun öyrənilməsi çətinləşmişdir. Başqa sözlə, Azəri haman “pəhləvi” dili yaxud da “Azərbaycan fəhləvisi”dir və “fəhləvi” dili ilə münasibətindəki tutduğu yer, lori, həmədani, gilək, təbəri, razi və qəzvini ilə eyn səviyyədədir. Azəri ilə eyn mənası olan sözlər kimi, Azəryi, Təbriz azərisi və Ərdəbil azərisini vurğulamaq olar.

Azəri dili haqqında

İran xalqı təxminən 4000 il əvvəl İran ərazisinə köç edən Ari irqinə mənsub tayfalardan hesab edilir. Qədim Ari dilinin İranda 4 qrup dil kimi “qədim fars”, “midiya”, “saka” və “Avista” dillərinə bölündüyü məlumdur (11) və dilçilik qanununa , eləcə də aləmin bütün ünsürlərinin dəyişməsi prinsipinə uyğun olaraq dil də yeni formaya keçir və dəyişiklitə uğrayır. İranın qədim dili ( əski fars dili) dəözünün tarixi hərəkətinin təsiri ilə orta fars ( pəhləvi) və müasir Dəri dillərinə dəyişmişdir.

Lakin, İranın qədim dillərindən və 3000 il keçmişi olan Avesta dilindən gözəçarpan əlamətlər qalmaqdadır. Əhmənilərin kətibələrindən də çpx əhəmittətli sayıda cümlə əlimizə çatmışdır. Bu iki dili bir-biri ilə tutuşduranda görürük ki, Avesta dili yaxud qədim pəhləvi dili təxminən bir dilin dialektləri olmuşlar. Bundan öncə vurğuladığımız İranviç tayfalar, Persia, Parfiya və Midiya tayfalarından ibarət olmuşdur.

Midiyalar şimalda, Persiyalar cənubda və Parfiyalar şərqdə məskunlaşmışlar və aydındır ki, əslində hər üç tayfanın da dili bir olmuşdur. Avesta dili şimalda işlək dil olmuş və tarixi dəlillərə əsasən, Zərdüşt özü də şimaldan (Azərbaycandan) qalxmışdır. Buna görə də demək olar ki, Azərbaycan regionunun ən qədim rəsmi və yadda qalan dili, elə bu Avesta dili olmuşdur.

Toxunulması gərəkən digər məsələ isə budur ki, müxtəlif iranlı dillərin arasında ayrı-ayrı ləhcələr də formalaşmışdır ki, Əhməd Kəsrəvi onları “yarımçıq dil” adlandırmışdır( Kəsrəvi, 1977: 337 s). Belə ki, iranın o tərəf-bu tərəfində müxtəlif ləhcələr peyda olmuşdur ki, bunların da hamısı ana dili yaxud iranın əsas dilindən (fars dilindən) şaxələnmişlər. O cümlədən: Simnan ləhcəsi, Şiraz ləhcəsi, Mazandaran ləhcəsi, Gilək və … ki, bunların da əsası və kökü eyndir. Əslində Midiyaların dili olan azəri dili də Midiyaların Azərbaycana gəlişindən sonra buranın yerli sakinlərinin dili ilə qarışaraq başqa rəng və forma almışdır. Bu, bütün Midiyaların dili idi və ölkə idarəçiliyində də bu dildən istifadə edilirdi. Sonralar, ölkə idarəçiliyi Əhmənilərin əlinə keçərək, qədim fars (pəhləvi) dili rəsmiləşdirilmişdir. Lakin, Midiyaların dilinin də özünə məxsus yeri olmuş və bu dildə təkəllüm edilirdi və hətta yazılırdı (öncəki).

Avropa şərqşünasları “İyatkar Zariran” ( Zariran yadigarı) və “Dirəxt-i Asurik” (Suri Ağac) adında pəhləvi dilində olan iki kitab nəşr etmişlər ki, Əhməd Kəsrəvinin dediyinə görə, Azərbaycanda yazılmışlar və orada elə kələmələr görürük ki, Azəri yaxud Azərbaycan dilindən başqa heç bir dildə yoxdur. Bu səbəbdən də Avestadan sonar Azərbaycan dilinin ikinci nümunəsi kimi tanıyırıq (öncəki: 338).

İranın şimalı (Azərbaycan) və cənubu arasındakı dil ayrılığı İslam dönəminə qədər mövcud olmuşdur. IV-V əsrlərdən sonardır ki, ərəb coğrafiyaçıları Azərbaycan dilini “Azəri” adlandırır və onların bəziləri isə belə bir fikir irəli sürür ki, bu özünə məxsus dildir və başqaları bu dili başa düşmür (yaqut Həməvi, 1866: 172).

Bununla belə, Qətranı və digər şairləri də görürük ki, farsca (iranlıların milli dili), başqa sözlə toplumun ümumi dilində şeir söyləmişlər. bu fakt isə Azəri dilinin sonralar “Dəri fars dilinə” çevrilmiş qədim fars dilinin ləhcələrindən biri olduğu həqiqəti təsdiq edir. Azərbaycan şairlərinin fars dilində şeir söyləməsi və bu diyarda məşhur şairlərin ərsəyə gəlməsi bu bu həqiqəti göstərir ki, İslamın birinci əsrlərinin yazarlarının Azərbaycanda Azəri dilini vurğulamaqdan məqsədi türk dilinə eyham vurmaq olmamışdır. Çünkü, bu şairlərin ana dili iranlı dillərdən başqa bir dil ( missal üçün türk dili) olsaydı, onda həmin dildə şeir söyləməli idilər. halbuki, Qətran, Mücir, Fələki və daha sonar Nizami və Xaqani kimi tanınmış şairlərin dönəmində türk dili hələ Azərbaycanda rəsmiləşməmişdir və şairlərin yaşadığı yerdə özünün qədim və milli dilinin yerinə əcnəbi, qeyri milli və yad bir dilə üz tutması imkansızdır.

Belə bir nəticə alınır ki, “Azəri” də kürdi, mazandarani, talış, simnani, şirazi, lori və bu kimi ləhcələrlə birgə böyük və köklü bir ləhcə yaxud “yarımçıq” dillərdən olmuş və Azərbaycanda bu dildə təkəllüm edilirmiş. Bu dil, iran dilinin bir şaxəsi olaraq, qədim dövrlərdə İranda peyda olmuş və həmişə də toplumun ümumi dilinin ( fars dilinin) dalında özünə məxsus yeri olmuşdur.

Azəri dili, Tarix baxımından

Müsəlmanların hücumundan sonara onların dilinin bir çox kələmisinin iranlıların dilinə daxil olduğu kimi, terklərin də İrana hücumu və nüfuz etməsinin ardınca, türklərin də bir çox kələmə və ibarəti iranlılar tərəfindən mənimsənilmişdir. Qeyd etmək lazımdır ki, ərəblər və türklər də pars (fars) dilindən bir çox kələmə və lüğət mənimsəmişlər.

Etnik dilin zaman içində dəyişib başqa formaya düşməsinin səbəbini tədqiq etmək və araşdırma yollarından biri, həmin etnos və bölgənin çaylarının, dağlarının, dənizlərinin, göllərinin, şəhərləri və kəndlərinin adını öyrənməkdir. Ona görə ki, hər bir yerin insanları bu adları öz dilindən alır və icad edir.

Başqa bir yol isə, quraqlıq ya da məskunlaşmağa uyğun olmayan və yaxud qayalıqların və dağların ortasında yerləşdiyinə görə əcnəbi xalqların keçidindən və oturağından uzaq qalmış yerlərin əhalisinin dialektinin araşdırılmasıdır.

Üçüncü yol, tarixi kətibələr üzərində araşdırma aparmaqdan ibarətdir ki, nəzərdə tutulan bölgənin və etnosun dilinin öyrənilməsi istiqamətində faydalı sayıla bilər.

Birinci metoda əsasən, Əhməd Kəsrəvi Azərbaycandakı çayları, dağları, qəsəbələri üç qrupa bölmüşdür: birinci qrup, mənası müəyyən olmayan adlardır. Ikinci qrup, adını mənsı aydınlaşdırılmış adlardır, üçüncü qrup isə, mənası tam aydın və məlum olan adlardan ibarətdir(Kəsrəvi, 1977: 323). Kəsrəvi həmçinin diqqəti çəkən bir məqama da toxunmuşdur ki, fars və türk dillərində olan oxşar adların mövcudluğudan ibarətdir. Onun fikrincə, sözügedən bu adlar pars (fars) dilindən türk dilinə çevrilərək, ikili forma almışdır.

Birinci qrup adlar barədə qeyd edilməlidir ki, sözügedən adlar çox qədim dövrlərə və Ari tayfaların gəlişindən əvvəl Azərbaycanın yerli dilinə qayıdır. əlbəttə, etiraf edilməlidir ki, mənası aydın olan adların arasında elə adlar da vardır ki, taix baxımından qədim adlar deyildir. Kəsrəvi, mənası müəyyənləşməmiş həmin qrup adlardan, Təbriz, Xoy, Salmas, Veycuyə, Lilava, Elvar, Astara, Ucan, Araz, Uznab və digərlərini missal göstərir (öncəki).          Ikinci qrup adlara gəldikdə, bu linqvistik bir məslədir və burada bu mözuya keçmirik. Çünkü, bu qrup o adlardan ibarətdir ki, linqvistik metodu ilə onların mənasını aydınlaşdırmaq olar. O cümlədən, Mərənd, ərvənəq, Maralan, Marağa, Gilanduz, Dilmağan və s. bunun mütaliəsi üçün Kəsrəvinin “Karvənd” əsərinə baxmaq olar.

Lakin, üçüncü qrup adların mənası aydındır və bu da türk dilinin Azərbaycanda yayılmasından əvvəl bu bölgənin əhalisinin hansı dildə danışdığını təsdiq edir. Oxucular üçün aşağıda sadalanan bütün adlar Pars (fars) dilindədir və onların pars dilində olması isə tam aydın və məlumdur:

Gərmarud, Sərdrud, lahrud, Əbhərrud, icrud, Gərmrud, Təngab, Dovab, Abgərm, Ərəsbaran, Poldəşt, Şahabadz, Dəstcerd (Dəstgerd), Dərəriz, Şəbistər, Dinar, Tazakənd, Baharistan, Gilandeh, Karvan, Çehriqan, Dizəc, Dizə, Girdabad, Rəşkan, Bostanabad, İranşah, Xoşməqam, Babasurxə, Qalasurxə, həştadcüft, Kəcur, Xorxora, Borş, Ənquran, Mahnişan, Şirvandeh, Bəhriman, Şirin, Zirinabad,Nimavər, Xurrəmdərə, Miyana, Xudafərin, Biləsuvar, Ərdəbil, Dehxarqan, Söhrəvərd, Zağə, Xoşa Dərə, Zənciran, Dinvər, Meymənd, Banistan, Dilmağan, Gərmarud, Gilanduz, Zəncan, Mayan (Mahan), Həştəsər(Həştadsər), Çiçist gölü (Kəbudan, Urmiyə), Arzi adası və s… Lakin, fars və türk adlarına gəldikdə, Əhməd Kəsrəvi belə düşünür ki, “Qızıl Üzən Çayı” keçmişdə “Zərrin Rud”, “Kara Rud”(Qara rud) isə “Kəlan Rud” adlanırmış və bu qəbildən digər adlar (öncəki: 37 1). İşgə Su, Yalqız Ağac, İsti Bulaq, Söyüdlü, Girdəkanlı, Qozlu və Qızılca adları barədə də Kəsrəvi belə bir fikir irəli sürür ki, yuxarıda adı çəkilən yerlərin qədim adları sıra ilə aşağıdakılardan ibarət olmuşdur: Ab Barik, Yekkedar, Gərmxani, Bidək, Gedekanək, Cuzdan və Sorxe (Kəsrəvi: 1977: 373 və 374).

Kəsrəvi yenə də bu barədə yazır: Türklər, məskunlaşdıqları qəsəbələrdə, həmin qəsəbənin adının mənası aydın olduğu durətdə, onu tərcümə edib türk adı qoyurdu. Elə bu səbəbdən də bugün Azərbaycanda bir sıra qəsəbə adına ras gəlirik ki, onların fars dilində eyn mənasını daşıyan qəsəbələri ayrı-ayrı yerlərdə də görürük. Buna missal olaraq, İşgəsu, YalqızAğac, İstiBulaq, Səgdi (Səkdli), Girdəkanlı, Qozlu, Qızılca və bunlara oxşar digər adlar ki,  onların fars dilində eyn mənanı daşıyan və yuxarıda qeyd edildiyi kimi, AbBarik, Gərmxani, Bidək, Gerdekanək, Cuzdan və Sorxeni göstərmək olar ( öncəki: 329 və 330).

Digər əhəmiyyət kəsb edən məsələ türk mühacirlər və yaxud hücumçuların yan keçdiyi ya da əli çatmadığı yerlərdə qədim dilin qalıqlarının mövcud olmasıdır ki, onlardan bəzi nümunələri yerində qeyd edib və göstərmişik.

Azəri dilinin Azərbaycanda tarixi

Midiya bölümündə müzakirə etdiyimiz kimi, Azərbaycanın qədim dili (midiya) dili olmuşdur. İranın dörd qədim dilindən biri olan bu dil, qədim fars və Azərbaycanda yayqın olmuş Avesta dilləri ilə qarışıb tərkib olması nəticəsində İslam sonrası Azəri dilinin formasına keçmişdir. Arşakilər və Sasanilər dönəmində bu dil Pəhləvi (iranlı) adı ilə tanınırmış. Artur Kristiansen bu barədə yazır: “ Arşakilər və Sasanilər dönəmində İranın rəsmi dili Pəhləvi dili olmuşdur ki, Azərbaycan da onun kişik Midiya adlanan şimal ərazilərinin bir hissəsini təşkil edirmiş və həqiqi dili isə Azərbaycan pəhləvisi imiş”(Katebi, 1990: 35). Kəsrəvi də bu fikirdədir ki, pəhləvi dilində “Dirəxt-i Asurik”(Suri Ağac) və  “Yadigar-i Zəriran” kimi bəzi kitablar Azərbaycanda qələmə alınmışdır(kəsrəvi, 1977: 338), belə ki, Azərbaycanda ö dönəmdə yayqın dil, pəhləvi dili olmuşdur və bu səbəbdən də həmin kitablar da bu dildə yazılmışdır.

Markuart da belə fikirdədir ki: “ həqiqi pəhləvi dili yaxud Arşakilərin dili Azərbaycan dili olmuşdur”(Katebi, 1990: 34).

“Orta Fars Dilinin Qramatikası” kitabında da qeyd edilir: “ pəhləvi dilinin rəvacı tıxminən eradan əvvəl IV əsrdən başlayaraq, VII əsrə davam etmişdir. Ondan sonar da bu dilin rəsmiliyinin itirilməsinə baxmayaraq, bir neçə əsr sonar da bu dildən hələ də istifadə edilirmiş… İranın şimal ərazilərin valilərinin  çoxu IX əsrə (III hicri əsr) qədər yadigar kimi orta fars dilində yazılmış qəbir daşları yaxud da məktub yadigar qoymuşlar”(öncəki: 35-36)

Beləliklə, pəhləvi dili bütün dəyişiklərə uğramasına rəğməm, Azərbaycanda öz rəvacını itirməmiş və onun başqa formaları isə iranlı farscası, Azəri, Tat və digər yerli dialektlər adı ilə özəl və kütləvi surətdə, rəsmi, mədəni və ədəbi mözularda, ə, eləcə də danışıq, mahnı söyləmək və folklor sahələrində işlək olmuşdur.                         Heç şübhəsiz ki, Azərbaycanın qədim dili iranlı dili (pəhləvi)imiş və yaxın keçmişə qədər də Azərbaycan və onun bölgələrində həyatda qalmış Azəri dili, qədim iranlı dili olan pəhləvi dilinin kəsintisiz davamı olmuşdur. (12)

Azəri dilinin sıradan çıxmasının səbəbi

Elmi və ədəbi əsərlərin qalıcı olmasının yaganə və əsas vasitəsi yazıdır və yazıdan əsər-əlamət olan hər bir yerdə, insanın təfəkkür əsərləri də toxunulmaz qalmışdır. Bu səbəbdən də iranın qədim yerli və lokal dilləri və ləhcələri yazılı olmadığına görə aradan getmişlər. Əgər bu gün də müxtəlif bölgələrin yerli ləhcələr fars dilin qarşısında məğlub olmuşlarsa, bunun səbəbi qədim dönəmlərdən həmin ləhcələrin yazılı nümunəsinin olmamasıdır.

Azəri dili də qədim zamanlardan yazıya keçmədiyinə görə tarixi həyatını davam etdirə bilməmişdir. Xüsusilə də, türk dilinin qələbəsi və türklərin siyasi hakimiyyəti nəticəsində bu prosesin əhatəsi daha da genişlənərək, müasir dövrdə (Azəri dili) hazırkı vəziyyətə düşmüşdür.

Qətranən divanının müqəddiməsində, Həsən Tağızadənin bu sözləri yazılmışdır: “İranın şərq bölgəsinin ( Xorasan və “Çayın o tayı”) kətbi əsərlərindən dolayı… nisbətən çox nəzm və nəsr əsəri yaradılmışdır, lakin, İranın şimal və qərb bölgəsinə aid əsərlərin sayı çox azdır. Sonralar Dəri dili İranda yeganə rəsmi və yazılı dili statusu aldı və inkişaf edərək, İslam dönəminin fars dilinə döndü və əgər Təbrizdə, Gəncədə, Şirvanda yaxud Həmədanda və Qəzvində ana dili və danışıq dilinin və əslində yerli dil olan fars dilinin ayrı-ayrı növlərini danışan mütəkəllimlər olmuşsa, onlar da rəsmi və fəsih dil hesab edilən Dəri dilindən istifadə edirmiş və  onların yerli dilləri yazılarda istifadə edilmədiyinə görə tədricən aradan getmişdir, yaxud da onlardan orada-burada azsayılı bəzi əsərlər qalmışdır”( Qətran, Bi ta, s: əlif).

Azərbaycanda pəhləvi dili

İran dilləri arasında pəhləvi dilinin tarixi qədim fars ( Əhmənilər dönəmi) dilindən sonraya aiddir ki, orta fars dili də adlanır. Bu dil Atropatkanda midiya və Persdillərinin qalıqı ilə qarışarməşdir və onun izlərini hələ də Azərbaycanda qalmaqda və bu dilin əlamətləri isə Tat, Türk, Azəri və Pars dialektlərində görünməkdədir.

pəhləvi dili yaxud orta fars dili, Arşakilər dönəmindən (E.ə 249-226 illər) Sasanilər (mildi 226-624 illər) dönəminə qədərki 8 əsr boyu siyasi-ictimai həyatını sürdürmüş və özünə məxsus formada Atropatkanda istifadə edilmişdir.

Kamilləşmə və dəyişmə yolu ilə Azərbaycanda həyatını davam etdirən Atropatkanın özünə məxsus dili, iranlı dillərin şimal qrupuna aiddir və iranlı dillərin cənub qrupu ilə fərqləri tam aydındır. Lakin burada bu sahədə danışmaq və müqayisə aparmaq fürsətimiz yoxdur. Tarixçilərin və araşdırmacıları təsdiq edir ki, bu növ pəhləvi dili hətta Ⅶ əsrə qədər də Azərbaycanda işlək dil olmuşdur.

 Azərbaycanın Dəri dili

Bəzi dilçilər və tədiqatçılar “Dəri fars”  ilə “müasir fars” dillərinin bir-biri ilə fərqli olduğunu düşünür və bu fərqin səbəbini isə həmin dillərin yeri, mənbəi və formalaşma keyfiyyətində axtarır.

Bu qrupun fikrincə, Sasanilər dönəminin axirlərindən etibarən, Dəri dili rəsmi dərbar dili, eləcə də İranın və paytaxtı kimi Tisfunun böyük bir ərazisində istifadə edilən dil olmuşdur ki,  Yəzdgerd dövründə (h. 31-ci ildə) dərbarın İranın şərq bölgələrinə ( Xorasan, Mərv, Bəlx və s.) geri çəkilməsi nəticəsində, orada yayılmış, müxəlmanların dönəmində isə İranın digər bölgələrinə də yayılmışdır. Bu dil, əslində pəhləvi dilinin bir şaxəsi və özəl şəxsiyyətlərin, böyük insanların və darbar rəsmilərinin dili imiş ki, Xorasanda və “Çayın o yayı” ( Transoksiana) bölgələrində genişlənməyə başladıqdan sonar, İranın digər bölgələrinə də keçmişdir.

Lakin, “müasir fars” yaxud “yeni fars” dilinin mənbəi kimi İranın qərb, şimal-qərb, cənub-qərb və İranın mərkəzi bölgələrini göstərmək olar ki, onların danışıq və yazı dili uzun zamanlar yalnız pəhləvi dili və özünə məxsus dialektləri olmuşdur. Dəri dilində yazılan nüsxələrin Xorasandan İranın digər şəhrlərinə yayılmasından sonar, onların da dilində dəyişiklik yarandı və tədricən dəri dili ilə tanış oldular. (13)

Dəri(qədim) fars dili və yeni fars dilinin arasında olan ləhcə fərqlərinə görə də bu dillər bir-birindən fərqlənir. Belə ki, bu iki dilin bir sıra kələmələri digərinin mütəkəllimləri üçün müəyyən mənada anlaşılmırdı və buna görə də, həmin çətinliyi aradan qaldırmaq məqsədi ilə müxtəlif “Lüğət kitablarının” hazırlanması üçün səylər göstərilmişdir.  (14)

Nasir Xosrovun səfərnaməsindəki Qətrana haqqında və onun Məncik və Dəqiqi divanı barədə barədə ünvanladığı suallar barədə sözləri də təsdiq edir ki, Qətran o qədər gözəl və möhkəm qəsidələri ilə fars dilini yaxşı bilirmiş, lakin, şərqdə rəvacda olan Dəri fars dilinin bəzi istilahları və lüğətlərini yaxşı bilmirmiş və bu səbəbdən də onların mənasını Xorasandan olan Nair Xosrovdan soruşurmuş.

Bu məsələyə diqqət edilməlidir ki, Azərbaycanda Qətran Təbrizi və digər farsdilli şairlərin olması bu həqiqəti təsdiq edir ki, ədəbi və rəsmi dil olaraq fars dili sözügedən dövrdə peyda olmamışdır və ondan əvvəlki çox qədim tarixlə qayıdan keçmişi olmuşdur ki, bu dönəmlərdən keçərək, özünün kəlamını bişmiş və cəlbedici olan mərhələsinə çatdıra bilmişdir.

 Azərbaycanda fars dili

Heç şübhəsiz ki, Dəri fars və yeni fars dilləri arasındakı vurğuladığımız fərq, yanlız dilin dəyişmə tarixi baxımdandır və  tacik, Əfqan, eləcə də Özbəkistan, türkmənistan, Qafqaz, Mesopatomiya, Əmman Dənizinin və Fars körfəzinin sahilləri, Hindistan, Sind və digər bölgələrin fars dilli yerlərində sadəcə şeir və yazı səbki baxımından İranda ümumi olan fars dili ilə bəzi fərqləri ola bilər. Bu qədər az fəqin olması isə fars dilinin Dəri, Yeni, Pəştu, Tacik və s. kimi adlarla tanındığına baxmayaraq, onun əsaləti və vəhdətində heç bir təsir və dəyişiklik etmir.

Hər halda, Tarix və dil araçdırmalarından əldə edilən nəticə ondan ibarətdir ki, “Pəhləvi” və “Yeni fars” dillərinin əsas və ilk mərkəzi, eləcə də bunların hər ikisinin təkmül etdiyi yer də Azərbaycan olmuşdur və onun əsərlərini isə Azəri yarımdilində və yerli dialektlərdə, hətta bugünkü danışıq dili olan türkcədə də görmək mümkündür. Eynilə, “Dəri fars” dilinin mənbəi Xorasan və İranın digər şərq bölgələri olduğu halda, onun izlərini İranın digər yarımdillərində və Ordu dilində də görmək mümkündür.

Qeyd etmək lazımdır ki, yerli dillərin yerli olmayan dil ilə ən çox linqvistik təsirlər təkcə yeni fars dili vasitəsi ilə deyil, həm də bilavasitə orta fars dili vasitəsi ilə gerçəkləşmişdir, bu dillər və dialektlər üzərindəki izlərin mənbəi, pəhləvi dili ilə məhdudlaşmır və hətta Avesta və Midiya dillərindən aldığı təsirləri də görmək olar.

Digər tərəfdən isə, Azərbaycan əhalisi öz ətrafindaki dillər ilə, o cümlədən Talış, gilək və Təbəri dillərini də bilirmişlər.

Ⅶ hicri əsrdə “Mərzbannamə” kitabının(15) Sədiddin Vəravini(16) tərfindən fars dilinə tərcümə edilməsi də bu istiqamətdə nəzərə alınmalıdır. Həmin kitabın yerli dillərdən olan təbəri dilində tərcüməsi də heç şübhəsiz ki, Azərbaycan əhalisi tərəfindən maraqla qarşılandığı və başa düşüldüyünə görə, Azərbaycanda Atabəylər hakimiyyəti dönəmində Təbəri dilinə tərcümə edilmişdir.

Oğuz türklərindən olan ilk qrupun köçü vəhsudan ibni Mamlan dövründə baş vermişdir. Qəznəvi Suiltan Mahmud öz hakimiyyətinin əvvəlində sayı təzminən əlli min nəfər olan bu türkləri özü ilə “Çayın o tayı”na ( Transoksiana) apararaq, Xorasanda məskunlaşdırdı. Gərdizi h. 443-cü ildə və türklərin “Çayın o tayı”na köcünün başlandığı zaman qəlmə aldığı tarix əsərində, yazırdı:

“ 369-cu ildə əmir Mahmuda xəbər gəldi ki, türklər çayı (Ceyhun) keçmiş və Xorasana gələrək, orada dağılıblar. Türklərin hələ sakinləşmədiyi bir vaxt xəbər çatdı ki, əmir Mahmud Hindistandan qayıtdı.

Türklər təəcüblənib və Mərv çayı və Sərəxs və nisa və Bavərd (Əbivərd) bölgələrinə axışdılar. Arslan Cazib də onların dalınca yola düşdü. Şəhərdən-şəhərə hər nəyə əli çatırdı, həm tutdu, həm də öldürdü” (Məşkur, 1970: 141).

Gərdizi daha sonar Səlcuq türklərinin əvvəlki halını şərh edərək, yazır: “ o vaxt ki (h. 413-cü il), Əmir Mahmud “Çayın o tayında idi, sərkərdələrdə və ağsaqqallardan ibarət böyük bir kütlə Türküstandan onun yanlna gəldi və onların özündən olan hakimlərin onlara qarşı zülmündən danışdılar. Dedilərki, biz dörd min evik. Əgər əmr edilərsə, tanrı bizi qəbul etsin ki, sudan keçib və Xorasanda məskən salaq. O, bizdən arxayın olsun və onun vilayəti bizim varlığımızdan dolayı bolluğa dən yana bolluğa çatar. Ona görə ki, biz səhra insanıyiq və davarlarımızın sayı çoxdur(6) və onun qoşununda sayımız çox olar.

Əmir Mahmud rəğbətləndi. Pəs onları arxayın etdi və göstəriş Verdi ki, sudan (Ceyhun çayı) keçib gəlsinlər və onlar [türklər] onun göstərişi əsasında dörd min evi sudan keçirib, gəldilər və Sərəxs çölündə və Fəravədə və Bavərddə (Abivərd) düşərək, geniş yurd saldılar.

Əmir Mahmud sudan keçdiyindən sonar, Tusun vilayətinin valisi Əbülhirs Arslan Cazib   onun yanına gəlib, dedi: Bu türkmənləri nə üçün əyalətə gətirdin? Sənin etdiyin bu əməl səhvdir! Indi hamısını öldür, yaxud mənə tapışır ki, hamısının baş barmaqlarını kəsdirim ki, ox ata bilməsinlər. Əmir Mahmud təəccüblənib dedi:  Qəddar və ürəyi daş adamsan.

Pəs Tusun valise dedi: Əgər belə etməsən, peşman olacaqsan. O, öz fikrində qalmış və hələ məsləhət bilmirdi ]ondan sonar türklər fəsad etdi və Əmir Mahmud] h. 419-cu ildə Tusa ]ordu] yeritdi və əmr etdi, başında bir neçə sərkərdənin komandanlığı ilə böyük bir qoşun hazırlandı və Tusun valise ilə birlikdə türkmənlərə qarşı müharibəyə yola düşdü. Fəravə şəhərinin yaxınlığındakı yol kənarı mənzillərə vardıqda, savaş başlandı və onları ]türkləri] məğlub edib, türkmənlərdən dörd min məşhur suvarini qətlə yetirdilər və çoxunu tutuqladılar və qalanları da Bəlxan və (Xarəzm yaxınlığındakı Curcanda) dehistana tərəf   qaçdı və onların o vilayətdəki fəsadı daha da asanlaşdı” ( Gərdizi, 1984: 410-416).

Bir müddət sonar türklərin bir neçəsi qiyam qaldırdı və Kirman yolu ilə İsfahana tərəf yola düşdülər. Sultan Mahmud İsfahanın hakimi Əlaüddövləyə məktub göndərərək, türkmənlərin geri qaytarılmasını yaxud da öldürülüb başlarının kəsilib, göndərilməsini tələb etdi. Türklər, Əlaüdövlənin məqsədinidən xəbər tutan kimi, İsfahandan qaçaraq, qarət edə-edə özlərini Azərbaycana çatdırdılar. İbn əl-Əsirin yazdığına görə, onların sayı iki min çadır və hər çadırda yeddi nəfər olaraq, ondörd min nəfərdən çox olmuşdur. Türkmənlərin Azərbaycana çatdığı zaman, daima romalılar, ermənilər və gürcülərlə müharibədə olan Azərbaycan hakimi Vəhsudan ibni Mamlan, bu təzə qrupun gəlişini qənimət sayıb, səltənətinin əvvəllərindən etibarən türkmənləri öz ordusuna qəbul etdi (Rza, 2001: 517).

Bu türklər yaxud Oğuzlar elat, Azərbaycanda da rahat oturmadı və ətraf vilayətlərə hücum edərək, öldürmək və talançılığa başladılar. Məşhur erməni tarixçisi “Çamçiyan” , 1021-ci il (h. 411-ci il) hadisələrinə dair belə yazırdı:

“Həmin ildə  ] h.411-ci il], özünü sel kimi Azərbaycana çatdıran türklər, Ermənistana qədər və Vaspurqan bölgəsinə hücum edib, zülm etməyə başladılar. Vaspurqanın sərkərdəsi Şapur özünü və sultanın ordusu ilə birlikdə Arceroni valisi “Sənqrim”ə köməyə getdi və oraya çatdığı zaman, uzaqdan türklərdən ibarət böyük bir dəstə gördülər ki, hamısı saçını qadınlarda olduğu kimi çiyninə döküb və onların əlindəki yay çox bərk və mökəm idi və o vaxta qədər belə insanlarla qarşılaşmayan ermənilər, bərk qorxuya düşdü. Uzaqdan döyüşən türklər, ermənilərin bir qrupunu həlak etdilər. erməni tarixçilərin dediyinə görə, bu türklərin Azərbaycan və Ermənistana hücumu ürəklərdə elə qorxu yaratmışdı ki, Ermənistanın Arceronyan sülaləsinin şahı olan Sənqrim, özünün paytaxtı olan Vaspurqanı şərqi Roma imperatoru Vasiliyə tapışırdı, ozü isə ailəsi, ordusu və ölkəsinin əhalisinin üçdə biri ilə birgə Anadolunun Sivas şəhərinə sığınaraq, orada yaşadı.

Oğuz türklərindən olan başqa bir qrup, Xorasanı qarət edib, qənimət aldıqdan və Qəznəvi Sultan Mahmudu məğlub etdikdən sonar, Rey şəhərinə tərəf hərəkətə keçdi və bu şəhəri alaraq, h.429-cu ildə Reydə iki qrupa bölündü:

İbn əl-Əsirin yazdığına görə, onlardan sayı iki min beş yüz nəfər olan bir qrup elə orada qaldı və digər qrup isə, Buğa, Göktaş, Mənsur və Dananın başçılığı ilə Azərbaycana düşüb, əmir Vəhsudanın qoşunundakı soydaşlarının qoşuldular. Lakin, o diyarda da sakit qlmadılar və fitnə-fəsadlar törədirdilər” (Kəsrəvi, 1956: 183 və 184).

İbn əl-Əasirin yazdığına görə, Vəhsudan oğuzlarıdan bir qız aldı ki, qohumluq və əqrəbalıq vasitəsi ilə onları özünə tabe etsin. Lakin, türklər təxribat və talançılıqda əl çəkmədi və həmin ildə Marağaya hücum edib, çox insanı qətlə yetirdi və bu şəhərin Came məsçidini yandırdılar!

Türklərin Azərbaycanda zülmü artınca, əmir vəhsudan h.430-cu il tarixində bacısı oğlu və Həzəbaniyyə kürdlərinin rəisi Əbülheyca ibn Rəbibüddövlənin köməyi ilə onların başbuğları Buğa, Mənsur və Göktaş olan bir qrupu ilə savaşaraq, həmin türkləri o ərazidən xarıc olmağa məcbur etmiş və onlar Reyə, Həmədana və Qəzvinə getmişlər.

Azərbaycanda qalmış digər bir qrup yenə də itaətsizlik və zülm etməyə başlamışlar. Sonunda əmir Vəhsudan ibni Mamlan, onların böyüklərini Təbrizdə ziyafətə dəvət edir və orada otuz nəfərini tutuqlayır və bir qrupunu isə qətlə yetirir.

Qətran da əbu Mənsur Vəhsudanın mədhində söylədiyi qəsidəsində, oğuz türklərin Sarab çölündə məğlub olmasına toxunmuşdur. Şair həmin qəsidənin bir hissəsində deyir:

… ترا خيل و رهي، اي شاه، بسيارند و من دانـم

… Ey şah, ətrafındakılar, ardnca gedən çoxdur, mənə məlum

رهي را كي كم از قلاّش و خيلي كمتر از تركان

O yol ki, hiləgər onda bir azdır, türk daha azdır

به جنگ آهنگ تو كردنـد با پيكان بسا سـركش

Nişan aldılar səni savaşda oxla, çox itaətsiz

نگاه كن تا چه آوردست گـردون بر سـر ايشان

Bax gör, onların başına nə gətirmişdir fələk

هميشه عـزم ايشان بـود بر تـاراج و بـركشتـن

Onların əzmi olub hər dəm talanda, qətldə, sabit

چو باشد عزمشان آن گونه، باشـد حالشان اينسان

Belə bir əzmdə olduqları üçündür halları böylə

هلاك آنگه شود عاصي كه بالا گيـردش قـوّت

Gücü artdıqda asinin, olar onda həlak asi

چنان چون مور كو گردد هلاك آنگه كه شد پران

(قطران، بي‌تا: ٣١٨)

Qarışqa tək itər gözdən, həlak olar o uçduğu zaman

(Qətran, Bi ta: 318)

Qeyd edilməlidir ki, türklərdən Azərbaycandan Reyə getmiş olan qrup, digər türklərlə birləşib Qızıl adlı bir nəfəri özünə əmir seçdilər. onun ölümündən sonar (h.432-ci il), Səlcuq Toğrulun ana tərəfdən qardaşlığı İbrahim Yınalın o şəhərə hücum xəbərini eşidəndə, hamısı onun qorxusundan Azərbaycana tərəf yola düşdülər  və ibn əl-Əsirin yazdığına görə, (h.433-cü ildə) yenə də o əyalətə axışıb, oradan da Ermənistan yolu ilə Cəzirə yaxud İraqın şimalı və Diyarbəkirə keçdilər.

Lakin, bu qrupda Diyarbəkirdə səssiz qalmadı və yağmaçılığa və əhalini öldürməyə başladı və Mosulu da ələ keçirib orada böyük qığın törətdilər. Lakin, oradan kçmışdı Mosulun hökmdarı əmir Kırvaş Əqili, özünə ordu topladı və 435 hicri ildə türkləri məğlub edib, çoxunu öldürdü. Lakin, yaxasını bu qətlgahdan qurtarmış oğuzlar, dördüncü dəfə olaraq qədim sığınacaqlarına (Azərbaycana) geri qayıtdılar (Kəsrəvi, 1999: 174-158).

 Səlcuqlar dönəmində türklərin Azərbaycana köçünün davam etməsi

Səlcuq Toğrul 446 hicri ildə Azərbaycana gələndə və Azərbaycanı ələ keçirdikdən sonara, azlıq təşkil edən türk soylu əhalinin Qəznəvilər dönəmindən orada məskən saldıqları üçün Səlcuq türklərinin gəlişi ilə türklərin Azərbaycana axışı daha da asanlaşdı və türklər Türküstan və Çayın o tayından ( Transoksiana) İrana və Azərbaycana sel kimi axışdılar.

İbn əl-Əsir 456-cı hicri ildə baş vermiş olaylarla bağlı, yazır: “Səlcuq Alp Arslan Mərəndə çatandıqda, Tuğtəkin adlı türkmənlərin buğbaşlarından biri öz elinin böyük bir qrupu ilə Azərbaycana gələrək, köçəri türk elatı Azərbaycanın hər yerinə səpələndilər və xalqı incitməkdən əsirgəmədilər.

Təbrizli Qətran öz qəsidələrinin birində türklərin çoxluğundan və onların Azərbaycanda törətdikləri dağıntılardan o vaxtın əmirlərindən və ona məddahlıq etdiyi Əbülxəlilə aşağıdakı kimi şikayətlənir:

گرچه‌امروز از تـو تركان‌هر زمان‌خواهند باج

Hərçənd bu gün daima türklər səndən istər bac

بـاز فـردا  نعمت تــركان تــرا گـردد مـدام

yenə sabah türklərin nemətindən davamlı faydalancaqsan

اول اندر مصـر يوسف هم چنين دربند بـود

Misrdə Yusifdə əvvəllər, belə qalmışdı ol bənddə

آخر او را شد مسلّم ملك مصر و ملك شام(قطران، بي‌تا: ٢٣۰)

Lakin axirdə o həm Misrin həm də Şamın Maliki oldu (Qətran, Bi ta: 230)

Qətran həmçinin Əbülxəlilin şahı cəfərin mədhində deyir:

اگـر چه داد ايران را بلاي تـرك ويـراني

Hər çənd etdi viran İranı türkün bəlası

شـود از عدلش آبادان چو‌يزدانش كند يـاري(همان: ٣٩۰)

Olar abad ədlindən, kömək etsə öz Allahı  (öncəki: 390)

Başqa bir qəsidədə də onu gtərifləyərək, deyir:

گر نبـودي آفت تركان به گيتي در پديد

Olmasaydı türkün bəlası aləmdə peyda

بستـدي گيتي همه چـون خسـروان باستان(همان: ٣٣۵)

Alardın sən bütün aləm, qədimki qədimki padişahlar tək (həman: 335)
Azərbaycanda Atabəylər

Səlcuqların hakimiyyəti dönəmində İslam ölkələrindəki Qıpçaq və Xəzər türklərdən ibarət qulluqlşuların sayı artmağa başladı. Bu artış Səlcuqların Qafqaz vilayətlərinə girişi və hakimiyyəti ilə daha da sürətləndi. Türklərin bəzisi qulluğunda olduqları əmirlərinin onlara diqqət və qayğısı səbəbindən, eləcə də göstərdikləri bacarıq və layaqətə görə qulluqçu rütbəsindən daha da yüksələrək, hərbi səlahiyyətlər əldə etdilər. Səlcuqların adətinə görə, şahzadələrin tərbiysi və yaxud bir vilayətə hökmdar olaraq göndərildiyi zaman, onları bir türkə tapışırırdılar. Həmin qulların bəzisi “lələ” ləqəbi aldı və onlar türk dilində “Atabəy” yəni “ata və baba” və “hörmətli şəxs” adlanırdı. “Bəy”, böyük, böyük adam, qəbilə rəisi və əmir deməkdir (Sami, 1938, Ata və Bəy sözünün açılması).

Səlcuqlar hakimiyyəti dönəminin sonlarında bu sülalənin padişahlarının gücünün azalmağa doğru getdiyindən, hər şahzadənin bir türk Atabəyin tərbiyə və nəzarətində olduğuna görə, bu Atabəylər öz şahzədələri tərəfindən himayə edildiklərini bəhanə edərək, səltənət iddialarını irəli sürüb, hakimiyyəti ələ keçirdilər.

Azərbaycan Atabəyləri 541-625 hicri illərində bu ərazilə hökumət etdilər. Onların paytaxtı Ərdəbil olmuş və sülalələrinin başında Məsudun dərbarında da özünə görə səlahiyyəti və etibar olmuş Şəmsəddin Eldəgəz adlı Qıpçağlı qullardan biri dayanırdı.

Eldəgəz 541-ci hicri ildə Sultan Məsud tərəfindən Azərbaycanın və Aranın hakimi təyin edildi. 555-ci hicri ilində sultan Qiyasəddin Süleyman Şah bin Məhəmmədin ləyaqətsizliyinə görə Səlcuq əmirləri tərəfindən taxttdan uzaqlaşdırıldığı zaman, Eldəgəz Arslan şahı özü ilə Hərata gətirmiş və Rüknəddin Əbülmüzəffər bin Toğrul adı ilə səltənət taxtına çıxardı(h. 556-571), özü isə Böyük Atabəy ləqəbini aldı. Eldəgəz 557-ci ildə gürcüləri ağır məğlubiyyətə uğratdığına görə, Azərbaycan və Aranın bir hissəsini gürcülərdən geri almışdır. Eldəgəzin ölümündən sonar, böyük oğlu Əbucəfər Məhəmməd Cahan Pəhləvan onun yerinə keçdi (h. 560-681).  571-ci hicri ildən ( III Toğrulun taxta çıxma ili) 581-ci hicri ilə qədər İraqın son Səlcuq padişahının bütün səlahiyyətləri cahan Pəhləvanın ixtiyarında olmuçdur. Atabəy Cahan Pəhləvanın olümündən sonar (h.581-ci il), qardaşı Müzəffərəddin Osman bin  Qızıl Arslan (h. 581-587) taxta çıxdı. O, qardaşının səltənəti dönəmində Azərbaycanın hakimi olmuşdur.

Qızıl Arslan 587-ci hicri ildə qətlə yetirldi və Azəbaycanın və Aranın padişahlığı Atabəy Nəsrəddin Əbubəke ibni məhəmməd Cahan Pəhləvana yetişdi (h. 578-607), ondan sonara isə qardaşı Müzəffərəddin Özbək taxta çxdı.

Ətabək Əbubəkr arağ içən və rəyini dəyişən biri idi. Onun zamanında gürcülər daimi surətdə Mişkinşəhr və ərdəbilə hücum edirdi və Azərbaycaqnın moğol qoşununun əlinə keçməsi də onun dönəmində baş vermişdir(h. 617). Özbək Atabəyin anadangəlmə lal-kar olan Qızıl Arslan adlı oğlu olmuşdur ki, ona Xamuş Atabəy ləqəbi verilmişdir. 622-ci hicri il, Sultan Cəlaləddin Xarəzmşahın Gəncədə olduğu zaman, Xamuş Atabəy onun yanına gedərək, qarşısında əyilib yeri öpmüşdür. Daha sonar oradan Ələmuta səfər etmiş və bir ay sonar isə orada ölmüşdür(h. 622) və Sultan Cəlaləddin onun arvadı ilə evlənmişdir. Beləliklə, Atabəylər sülaləsinin səltənəti 85 ildən sonra saqit olumuşdur.

Moğol və Teymurilər dönəminddə Azərbaycanın qısa tarixi

Moğolların birinci dəstəsi 616 hicri ilində Azərbaycana daxil olmuşdur. Sultan Cəlaləddin Xarəzmşahın Azərbaycandan geri çəkilməsindən sonar (h. 628) Moğol qoşunu Azərbaycanı tamamilə zəbt etdi.

Altay Xanın oğlu Göyük Xanın səltənəti(h. 639-647)  dövründən  Azərbaycan və Aran Hökuməti Məlik Sədrəddinin əlində olmuşdur.

Hülaku Bağdadı fəth etdikdən sonar, 656-ci hicri ildə Azərbaycana gedib, Marağanı özünə paytaxt etdi. O, 663-cü hicri ildə dünyasını dəyişmiş və Dehxarqan yaxınlığında torpağa tapışırılmışdır.  Hülakunun davamçısı olan Abaqa dövründən (h. 663-680) Təbria Moğolların paytaxtı olmuşdur. Ondan sonar, sultan Əhməd Təkudar (h. 681-683),  Ərqun Xan ( h. 683-690),  Kixatu (h. 690-694), Baydu (h. 694) və Sultan mahmud Qazan (h. 694-703) kimi digər Elxanilər bir-birinin ardınca Təbrizdə taxta çıxmışlar.

Sultan Mahmud Xudabəndə – Elçaytu (h. 703-716), paytaxtını Təbrizdən Cəncanın Sultaniyyəsinə köçürmüşdür.

H. 787-ci ildə Qıpçağın şahı Toxtamış Xan Aərbaycana hücuma keçdi və oranın şəhərlərini, xüsusilə də Təbrizi qarət etdi.

Əmir teymur Gürkani Azərbaycanı hökumətini öncə oğlu Miranşaha tapışırmışdı, lakin onun dəli olduğuna görə, buranın hökumətini Miranşahın oğlu mirzə Əliyə tapışırır. Daha sonar isə, Azərbaycan türkmən soylu Qaraqoyunlu şahları (h. 810-872) və Ağqoyunluların (h. 872-908) əlinə keçdi.

Moğolların Təbriz və Azərbaycana hücumu böyük dağıntılara səbəb olmuşdur. Çingiz Xanın sələflərinin hökmdarlığı müddətdə də bu cinayətlər davam etmişdir; İbn əl-Əsir, moğolların hücumu nəticəsində dağıntılar barədə yazır:

Moğollardan bəziləri Azərbaycan və Arana daxil oldu və bir ildən az müddətdə, qarət və dağıntılar törətdilər və əhalinin çoxunu məhv etdilər, bəzi insanlar qaçıb, canını qurtardı”(Zare Şahmərsi , 2008: 42).

*  Qeydlər

 

1. Ustaclu, Şamlı, Təkəlü, Vursaq, rumlu, əfşar, Qacar və …kimi elat. Azərbaycan elatı və əşirətləri və onların siyasi, ictimai tarixi barədə əlavə məlumat üçün, bax: A) “Muğan şahsevənlərinin siyasi və ictimai tarixi”, Rişard Tapper, Həsən Əsədinin tərcüməsi, Tehran: Əxtəran nəşriyyatı, 2005.

B) Azərbaycan əşirətləri və Muğan elatı, Cəmşid İsmailpur, Təbriz: Cəmali nəşriyyatı , 1997.

2. Möhkəm tarixi sənədlərə əsasən, Azəri dili VIII əsrdən sonar da Təbrizdə və Azərbaycanın digər bölgələrində ümumi dil kimi danışılırmış.

3. Dr. Cavad heyət, Türkiyə amili

4. Əlbətə ,o,  Ⅶ   əsr Azərbaycanında ərəb dili yazıları barədə heç bir əlamət ortaya qoymamışdır. İkincisi, qövm və qəbilə ləhcələrinin qarışması, ədəbi dilin meydana gəlməsinə gətirib çıxarmır və dünyanın heç bir yerində də belə bir hadisə görünməmişdir. Digər tərəfdən isə, onun yuxarıdakı sözləri, (həmin kitabın 172-ci səhifəsi) söylədiyi bu fikirlə ki, “Azərbaycan türkcəsi XI əsrdə ( təxminən V hicri əsrdə) orta gəlmişdir”, paradoks təşkil edir.

5. O, arif, təkallahlı əqidəli və Şeyx Cəmaləddin Zakirin müridlarindən və “şeyxülislam əli Lala”nın xələflərindəndir.

6. sözügedən beytin və o qəzəlin digər beytlərindəki kələmələrə diqqətli yanaşdıqda, sözdə “türkcə” söylənmiş bu qəzəlin əksər kələmələrinin fars və ərəb olduğu aydınlaşır, bu isə onu göstərir ki, həmin dönəmdə türk şeirinin rəvacına baxmayaraq, türk dili hələ rəsmi və ümumi dilə çevrilməmişdir, eyn zamanda dilçilik baxımından da kifayət qədər bişməmişdir.

7. Mərsiyə demək…

8. Behzad behzadi, Tudə partiyasının qədim üzvlərindən olmuşdur və bir müddət əvvəl rəhmətə gedib.

9. Bu mövzunun müfəssəl müzakirəsi Məhəmmədəmin Tusinin yazdığı “ Azəri lüğətlərdən bir neçə nümunə” adlı məqalədə Təbriz Universitetinin Ədəbiyyat fakultəsinin 9-cü il dərgisin ş4, s8, ş2, 3 və 4 nömrəsində dərc edilmişdir.

10. Araşdırmacıların fikrincə, kürd dili də midiya dilinin bir uzantısı yaxud ləhcəsidir.

11. Dr. Möhsün Əbülqasiminin “Fars dilinin tarixi” kitabı, Səmt nəşriyyatı. Və “Fars dilini tarixi”, Dr. mehri baqiri, Qətrə nəşriyyatı. Eləcə də, Dr. Pərviz Xanlarının əsəri “ Fars dilinin tarixi”.

12. Kitabın sonrakı hissələrində bu dilin təsir və nişanələrindən söhbət açacağıq.

13. Əlavə bilqi üçün: Məhəmmədtağı Bahar, Səbkşünaslıq, I cild, Tehran: Əmir Kəbir nəşriyyatı, 1977

14. O cümlədən, Əsədi Tusi ki, “Lüğt-i Fors” kitabını bu çətinliyi aradan qaldırmaq məqsədilə yazmışdır. O, həmin kitabın müqəddiməsində yazır: bizim bu lüğətlərdir ki, gördüyümüz kimi fəzilətli şair olduqlarına rəğmən az fars lüğti bilirdilər və şair Qətran  bir kitab yazmışdı ki, o lüğtlər daha çox tanınırdı”. Əsədi Tusinin “Lüğət-i Fors” kitabı(465 h) Abba İqbalın düzəlişi ilə, Tehran, 1940, s: 1)

15. Mərzbannamə kitabı IV hicri əsrin sonlarında Təbəri dilində qələmə alınmışdır

 

16. Xacə Rəbibəddin Məhəmməd Eldəgəzin əqrəbalarından(607-622 h)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma