Türklərin Mötəsim dərbarındakı nüfuzuna görə Babəkə qarşı savaşa göndərilən türk sərkədələrdən “Böyük Buğay, İtax və İshaq ibn-İbrahim” – in adlarını çəkmək olar. Xəlifə tərəfindən bu üç sərkərdəyə Babəkin Afşin tərəfindən tutuqlanmasına qədər onunla əməkdaşlıq etmələri tapışırılmışdı. Böyük Buğayın adı (Təbəri, 1985: 5807, 5808, 5818, 5819, 5820, 5821, 5823) və İtax (öncəki: 5824) bu səhifələrin hamısında və Mötəsimin xilafətilə bağlı bütün olaylarda onların adı çəkilmişdir. Digər əsərlərdə də Kiçik Buğay, Əşnas və … adları çəkilmişdir.
Millət quruculuğunda etnik simvolizm yanaşmanı qəbul edən ideoloqlar, milli kimliyi olmayan bir etnik qrupdan tarixi bilgiyə malik milli qrupa keçid üçün bəzi komponentləri müəyyən etmişlər. Ortaq etnik ad, məlum bir ərazi, etnik və ata-baba miflər bu kompanentlərin sırasınadır. Qafqaz Azərbaycanı Respublikası Sovet dövründən bu günə qədər soy və ata – baba miflərin istehsalı istiqamətində böyük bir prosesə start vermişdir ki, bu da tarixin gerçəkliklərindən daha çox müəlliflərinin təxəyyülünün məhsulu olaraq elitanın nəzərdə tutduğu etnik nasionalizmin ehtiyacları ilə uyğunluq təşkil edirdi. Kökü Orta Asiya folklorlarına qayıdan Dədə Qurqud dastanı, eləcə də Babək Xürrəminin mifi sözü gedən simvolizmin iki bariz nümünəsidir.
İlham, bir prezidentin siması kitabında da vurğulanan və Babək Xürrəmini təsvir edən Qafqaz povestində, Babək milli qəhrəman kimi əcnəbi işğalçılara qarşı mübarizədə mətanət göstərmiş və farslarla ermənilərin (sonralar rəsmi bəyanda bu xalqın təbii düşmənlərinə çevrilirlər) xəyanəti nəticəsində məğlub edilir. Xürrəmilər firqəsi hərəkatının məhsulu olan və İranın bir çox vilayətləri o cümlədən Farsı, İsfahanı və Azərbaycanı əhatə edən Babək Xürrəmi hərəkatından etnosentrik hekayə səsləndirməklə onu lokal bir hərəkat səviyyəsinə endirmək, daha öncəki və ilk əl tarixlərdə əks etdirilən həqiqətləri görməzliyə vurmaq, tamamilə etnik simvolizm və ata-bab mifi yaratmaq məqsədilə yerinə yetirilmişdir və Babək Xürrəminin adından istifadə etməklə gerçek bir olayı sərbəst hekayə yaxud povest kimi təqdim edir. İlk əl əsərlərdən ikisinə qayıdaraq, Bakının rəsmi povestini əsil tarixi povest ilə qiyaslandırmaq, müzakirənin açılması və ziddiyyətli məqamların aydınlaşdırılmasına böyük kömək edəcəkdir. Aydındır ki, Qafqaz azəriləri cəmiyyətində əlifba və xəttin neçə dəfə dəyişdirilməsi, ilk əl tarixi mətnlərin bu ölkənin vətəndaşları və tədqiqatçıları tərəfindən tədqiq edilməsi işini çox çətinləşdirmişdir və əslində bu ədəbi və tarixi yoxsulluq şərayitində Uydurma tarixçiliyin rəvac verilməsi asan və mümkün olur. “Müstəqillik uğrunda müharibə” adlandırılan “İlham, bir prezidentin siması” kitabının III fəslində, Babək Xürrəmi barədə Qafqaz sayağı povestin cövhəri aşağıdakı kimi bəyan edilir:
“Ərəblərin istilasına qarşı cəmiyyətin alt qatlarının müqaviməti yüz il sonra, IX əsrdə yenidən alovlandı. Azərbaycanın cənub bölgələrinin böyük hissəsi Babək Xurrəmi adlı çılğın bir vətənsevərin rəhbərliyi altında ayağa qalxdı. Babəkin başlatdığı hərəkat on illər boyu ərəblərə qarşı mübarizəni davam etdirərək işğalçıların vəsf edilməz qorxu və təşvişinə səbəb olmuşdur. Babəkin tabeliyində olan qüvvələr Xürrəmilər hərəkatı kimi tanınan mübarizə çərçivəsində ərəblərin istilasına qarşı müqavimət göstərirdi … adı din və mədəni azadlıqlarla yanaşı səsləndirilən və bu gün milli qəhrəman kimi tanınan Babək 835-ci ildə qardaşı Abdullah ilə birgə ərəblərin qurduğu tələyə düşür. Bir tələ ki, fars nəcibzdələrindən olan Afşin və Səhl ibni-Sunbat adlı bir erməni əlbir olaraq qurmuşdular. Hər ikisi … milli azadlıq simvolu kimi Azərbaycan tarixində əbədi olaraq səbt edilmişlər” (Uilson, Bita: 26).
Kitabın mahiyyəti təbliğat xarakterli olduğuna görə o qədər də təccübləndirici görünməyən, Babəkin din və vicdan azadlığı simvolu olması iddiasını nəzərə almasaq, yuxarı paraqrafda vurğulanan diskursun təhlilində “fars-erməni, işğal və əlbir olma” kimi 3 açar sözə diqqət yetirmək olar. Bir metod ki, Qarabağ müharibəsindən illər sönra ümumiləşdirilməsi məqsədilə Bakıdakı çoxsayılı tribunalardan və KİV tərəfindən davam etdirilir. Sovet dönəmində Babək əhəmiyyətli bir şəxsiyyət sayılırdı ki, hər şeydən öncə feodalizmə, daha sonra İslam xilfətinə və eyn zamanda farslara qarşı müqavimət göstərirmiş. Bakılı tarixçi Rüstəm Əliyev, Səid Nəfisinin Babək Xürrəmdin kitabına tənqidi yanaşaraq, Xürrəmilərin mütərəqqi cəmiyyətində qadınla kişinin eyn hüquqa malik olduğunu sübuta yetirməyə səy göstərdikdən sonra(!) Babəkin qiyamını anti-feodalist hərəkat kimi dəyərləndirərək, yazmışdır:
“Müsəlman tarixçilərin özü də təsdiq edir ki, Babək yalnız ərəblər və müsəlmanların ərazisi və mülklərini deyil, digər mülkdarlardan məsələn Ermənistanda da alırdı. Sözü gedən mülkdarlar isə yenicə ərsəyə gəlmiş feodallar idi. Beləliklə, IX əsrdə Milli qiyam təkcə azadlıq hərəkatı və anti-ərəb deyil, həm də feodalizm münasibətlərinə qarşı bir hərəkat olmuşdur (Səid Nəfisidə Əliyev: 222).
Sovet İttifaqın çökməsindən sonra, Babəkdən Azərbaycan-türk bazasında Azərbaycan hakimiyyəti qurmağı qarşısına məqsəd qoymuş sərkərdə obrazı yaratmaq prosesi intensivləşdirilərək anti-feodal və … daha öncəki köklərə əlavə edildi. Bakılı tarixçilər Babəkin milli, anti – feodalist və feminist xüsusiyyətlərindən elə söz açırlar ki, sən demə o vaxtkı xalqın və cəmiyyətin vəziyyətindən dəqiq məlumatlar qalmışdır, digər tərəfdən isə Xürrəmilər hərəkatını Xürrəmi cəmiyyətinə və daha sonra “dövlətçiliyə” yönəltməyə də maraqsız deyillər. Yeni etnik münaqişənin axtarılması “milli” qəhrəman adlandırılmış sərkərdənin faciəli ölümü üzərində qurulur. Bir milli qəhrəman ki, onun ölümünün kompensasiyası ərəb elementini kənara buraxılaraq iki “başqalıq” yaxud potensiyal və defakto düşmənə, yəni erməni və farsa təhmil edilir ki, gənc Azərbaycan Respublikasının vətəndaşlarının şüurunda tarix boyu dərin düşmənçilik kök atsın. Əlbəttə ki, qeyri rəsmi əsərlər və yazılar Xarici İşlər Nazirliyinə aid rəsmi mətnlərdən daha kəskin və daha da şişirdilmişdir. Yazıçı belə düşünmür ki, milli kimliklər və başqalıqların müasir surətdə formalaşmadığı bir dövrdə olayların etnik çərçivədə yozulması və onun bir etnik və milli qrup daxilində ümumiləşdirilməsi tarixçilikdə düzgün metoddur, lakin Təbəri tarixi və Xacə Nizamülmülki Tusinin Siyasətnaməsi kimi klassik və ilk əl tarixi sənədlərə baxdıqda və daha öncə Azərbaycan Respublikasının rəsmi tarixçiyinin təhlil metodunu da öyrəndiyimiz təqdirdə, Babəkin məğlubiyyətində birinci sıradakı günahkarın elə türklərin özünün olduğunu deyə bilərik. Bundan əlavə, ana tərəfdən türk olan Mötəsimin dərbarında türklərin nüfuzunu (Momtəhen: 1991, 300) nəzərə alarsaq, Babək hekayəsinə dair pan – azərist versiyaların hamısı sarsılacaqdır.
Babək hərəkatının transregional xarakteri
Səlcuqlar dərbarının bacarıqlı vəziri Xacə Nizamülmülki Tusi özünün Siyasətnamə kitabının 47-ci fəslinin bir neçə səhifəsində Xürrəmilər hərəkatını ümumi şəkildə təsvir etmişdir. Təxminən ilk əl hesab edilən bu hekayədən çıxarıla biləcək ən mühüm nəticə, Xürrəmilər hərəkatının bir bölgəyə məhdudlaşmamasıdır:
“Daha sonra 212-ci ildə Məmunun hakimiyyəti illərdə Xürəmilər Pars, Pəridən, Kapole və Kərə bölgəsindən qiyam etdilər, Batinilər də onlara qoşularaq fəsadlar törətdilər və Azərbayqana daxil oldular” (Xacə Nizamülmülk, 2004: 313). Və davamında yazır: “Babəkin nüfuzu artdı və Xürrəmilər qoşunu Sipahana2 geri qaytardı … daha sonra 218-ci ildə Xürrəmilər Parsda, Sipahanda, ö cümlədən Kuhistan və Azərbaycanda baş qaldırdılar … Müsəlmanlar Parsda toplaşaraq onları məğlub etdilər, çoxunu öldürdülər və əsir aldılar. Lakin Xürrəmilər Sipahanda cəmləşdilər … və onların başında Əli ibn-Məzdək adlı bi kişi dayanırdı … və Əli ibn – Məzdək Kərəni fəth edərək, taladı və apardı, oradan isə Babəkə qoşulmaq üçün Azərbayqana keçdi və Xürrəmilər hər tərəfdən Babəkə tərəf keçdilər. Onların sayı on min, iyirmi min və beş min olardı və Azərbaycanda dağların arasında Şarıstana deyilən şəhərcikdə cəmləşdilər və Babək onlara qoşuldu” (öncəki: 314-315).
Xacə Nizamülmülk vurğulayır ki, Babəkin ölümündən 30 il sonrayə qədər Xürrəmilərin hərəkatı İsfahanda davam edirmiş və Batinilər də onlarla əməkdaşlıq edirdilər: “Vasiq dövrundə Xürrəmilər bir daha Sipahan bölgəsində baş qaldırdılar və bu 300-cü hicri tarixinə qədər vavam etdi … və Barizədşah qiyam edərək Sipahan dağlarında məskən saldı, Xürrəmilərlə Batinilər də onun ətrafına toplaşdı … onun fitnəsi otuz neçə il sürdü … hər kəs ki, Xürrəmilər və Batinilərin bütün qiyamları və törətdikləri fəsadları barədə məlumatlı olmaq istəyirsə, Təbəri tarixini, İsfahan tarixini və Bəni-Abbas tarixini oxusun ki, məlumu olsun” (öncəki: 319).
Məcməli Fəsihinin müəllifidə Babək barədə Xacə Nizamülmülkün işlətdiyinə oxşar ibarətlər işlədərək, yazməşdır: “Xürrəmilərin başlanğıcı İsfahandan olmuşdur və Batinilərin də onlarla birləşdiyi tarixdən 300-cü hicri ilə dək, xeyli insanı qətlə yetirmişlər”. Səid Nəfisi isə bu ibarətdən düzgün olaraq belə qənaətə gəlir ki, Xürrəmilərin İranda ilk qiyamı 162-ci ilə qyıdır və həmin il Xürrəmilər İsfahanda peyda olmuşlar, 30 il sonra Azərbaycan Xürrəmiləri qiyam qaldırırlar və bundan da 9 il sonra Babək onlara rəhbərlik edir və ondan əvvəl isə Xürrəmilərin sərkərdəsi Şəhrəkin oğlu Cavidan olmuşdur. Təbəri onun hökmdarlıq müddətini 30 il bildirərkən Xürrəmilərin qiyamının başlandığı ilin əvvəlindən hesablamışdır. Digər tarixçilər isə Babəkin hökmdarlıq müddətini 20 il hesablamışlar (Nəfisi, 2005: 45).
Xacə Nizamülmülkün dəfələrlə bu vurğulamalarından məlum olur ki, Xürrəmilər hərakatını bir bölgəyə məhdudlaşdırmaq olmaz, bu hərəkat İranın digər bölgələri o cümlədən Fars və İsfahanda da mövcud olmuşdur və Babəkdən uzun illər sonra da davam etmişdir.
Xacə Nizamülmülk onların inancları haqqında əlavə şərh verməmişdir, lakin qeydləri qısacaca da olsa Babək barədə pan-azəri və etnik povesti inkar edir, ona görə ki:
“Onların sözünün başlanğıcı belədir ki, Əbu Müslim-i sahibül-dövlətin qətlə yetirilməsini pisləyərək, Əbu Müslimin qatilini lənətləyir və Əbu müslimin qızı Fatimənin oğlu Mehdi ibn-Firuza salavat göndərirlər” (Xacə Nizamülmülk, 2004: 320). 377-ci hicri qəməri ildə İbni Nədimin təlif etdiyi Əlfehrest kitabı Babək Xürrəmdinin soyu barədə məlumat verən ən qədim mənbədir. Bu kitabda Babəkin dünyaya gəldiyi yer Tisfun və atasının adı Əbdullah, başqa bir hekayədə onun atasının adı Mərdas, anasının adı Bürumənd, digər bir hekayədə isə Əbu Müslimin qızı Fatimənin Mütəhhər adlı oğulundan olan nəvəsi təqdim edilmişdir (Nəfisi, 2005: 152). Nəzərə alınmalıdır ki, Xürrəmi hərakatının mücərrəd və İran sahəsində baş vermiş digər milli və xilafətə qarşı hərəkatlardan ayrılıqda tədqiq edilməsi heç bir nəticəyə verməyəcəkdir. Ardıcıllarının arasında “Mehdi” kimi tanınan Əbu Müslim Xorasni, onun ölümündən sonra iki dəstəyə bölündülər. Bəzilri onun ölüm faktını qəbul etmədi, digər qrup isə bu faktı qəbul etdi. ikinci qrup Əbu Müslimin qızı Fatiməni ounun xələfi bilirdi. Bu firqə özü sonralar ikiyə bölündü və onların bir qismi Fatimənin nəvəsi və Harunun oğlunu (Mehdi) nin xələfi kimi qəbul etdi. Bu qrup “Xəzzaqiyyə” adı ilə tanınrdı və onların ideaları digər firqələrə nisbətən daha çox yayılaraq, Azərbaycana da çatmışdır (Rüstəm Əliyev: Nəfisidə, 228). Əbu Hənifə Dinvəri II və III hicri əsrlərin siyasi hadisələrinə dair Əxbar-ül-təvalda, Babəkin şəcərəsini Əbu Müslim Xorasniyə bağlayaraq yazmışdır ki, o Əbu Müslimin qızı Fatimənin oğlu Mütəhhərin evladlarından olmuşur (Momtəhen: 301). Belə bir ehtimal isə Fatimənin nəvələrinin təkrim olunması haqqındakı hekayə ilə uyğunluq təşkil edir. Babəkin həqiqətən də Əbu Müslimlə qohumluq əlaqəsi olmasa da, bn hekayə Xürrəmilər hərəkatının digər vilayətlər ilə əlaqədə olduğunu göstərərək, onun bir bölgəyə məhdudlaşdığına dair iddaları nəfy edir.
Türk sərkədələri və qulları Xəlifə və Afşinin qoşununda
Qəməri tarixilə VII əsr tarixçisi İbn əl-Asir (farscaya tərcümədə)13 cilddəki əl-Kamil kitabında Mötəsim dövründa baş verən hadisələri, o cümlədən Babək haqqında, eləcə də Samirə şəhərinin təməli barədə şərhlər vermişdir. Mötəsim dövründə türklərin sayı o qədər artmağa başlamışdır ki, o məcburiyyət qarşısında onların məskünlaşması və onları digər şəhərlərdən ozaqlaşdırmaq məqsədilə hərbi şəhər sayılan Samirə şəhərinin təməlini qoydu. İbn əl-Asir Samirə şəhərinin inşa edilməsi barədə Yazmışdır:
“Deyilənlərə görə, türk qullarının sayı çox artmışdı və daima qətllər törədirdilər. Ona görə ki, ata və əstərə minib küçədə, bazarda çapırdaraq, qadın, kişi və yaşlıları azib, öldürürdülər. Qulları at üstündən düşürdüb, döyub, bəzən də öldürürdülər. Xalq isə qulların rəftarından bezmişdi. Bayram günü Mötəsim ata mindi. Bir yaşlı kişi qalxıb səsləndi ki, ey əba-Əshəq! … Allah səndən keçməsin ki, pis qonşusan. Sən ürəyi daşdan olan əcnəbilərlə bizimlə qonşuluqda yaşayırsan. Sən türk qullara bizim aramızda yer veribsən. Uşaqlarımızı yetim qoydun, qadınlarımızı da dul buraxdın və kişilərimizi oldürdün … Samirə şəhərinin təməlinin qoyması tarixi 221-ci ilə qayıdır” (ibn əl-Asir, 1995: 86).
Lakin, Siyasətnamədə də mütaliəsi tövsiyə olunan Təbəri tarixinin Babək hərəkatı haqqındakı hekayəsi, Uydurma tarixçiliyin proses və metodologiyasını başa düşmək üçün bəlkə də daha faydalı ola bilsin. Təbəri tarixinə görə Azərbaycanın coğrafiyasının, eləcə də Babəklə əlaqəli olan bütün sərkərdələrin adları fars adlarıdır. O cümlədən, qədim dövrdə Kəleybər və ətraf kəndlərinə şamil olan “Həştad sər” (yerli deyimlə: Həştəsər) fars adıdır. Siyasətnamədə adı çəkilmiş “Şarıstana”, “Bəz” kəndi və Ərdəbil yaxınlığındakı “Nəhər” çayı (Təbəri: 1985, 5806), Muğan bölgəsi (öncəki: 5810), ibn əl-Asir adlarını vurğuladığı “Do rud”, “Ruz ruz” və “Kuhbaniyə” bölgəsi (ibn əl-Asir: 91, 97) və Babəkin silahdaşlarından olmuş “Azin” adlı sərkərdə (Təbəri: 5825, 5810, ibn əl-Asir: 103, 104, 105). Bir çox mənbədə Babəkin atasının adı Mərdas və onun da sələfinin adı Cavidan deyilmişdir ki, bunların hər ikisi də Fars adlarıdır. Bu adların heç biri İran mədəniyyəti və sözlərindən kənar deyil.
Təbəri tarixinin 18-ci cildinin 5804-cü səhifəsindən 5862-cı səhifəsinə qədər Babək məsələsinə dair tutarlı və detallı hekayə yazılmışdır. Türklərin Mötəsim dərbarındakı nüfuzuna görə Babəkə qarşı savaşa göndərilən türk sərkədələrdən “Böyük Buğay, İtax və İshaq ibn-İbrahim” – in adlarını çəkmək olar. Xəlifə tərəfindən bu üç sərkərdəyə Babəkin Afşin tərəfindən tutuqlanmasına qədər onunla əməkdaşlıq etmələri tapışırılmışdı. Böyük Buğayın adı (Təbəri, 1985: 5807, 5808, 5818, 5819, 5820, 5821, 5823) və İtax (öncəki: 5824) bu səhifələrin hamısında və Mötəsimin xilafətilə bağlı bütün olaylarda onların adı çəkilmişdir. Digər əsərlərdə də Kiçik Buğay, Əşnas və … adları çəkilmişdir.
Təbəri, Babəkin əsas sərkərdələrindən birinin bəz qalasından uzaqda ailəsini ziyarətə gedərkən terror edilməsini detallı surətdə şərh edərək, yazmışdır: “Qışlaq üçün Həştadsər yaxınlığındakı kəndlərinə yola düşdü. Afşin Marağadakı İshaq ibn-İbrahimin adlı, Türk quluna məktub yazaraq əmr etdi ki, gecə ilə həmin kəndə sarı getsin … və o türk, gecənin qaranlığında ona yetişərək öldürüb, kəlləsini Afşinə göndərdi” (Təbəri, 1985: 5824).
Həmin hekayə müxtəsər təfsilatla ibn əl-Asirin Əlkamil kitabında da zikr edilmişdir:
“O qış mövsümünü marağa yaxınlığında yerləşən öz qəsəbələrində keçirmək üçün Babəkdən icazə istədi. Afşin onu güdür və fürsət axtarırdı. Onun yola düşdüyünü bilən kimi İshaq ibn-İbrahimin o zaman Marağada olan Türk adlı quluna əmr etdi ki, Tərxana qarşı savaşa getsin, istər ölü, istər diri onun işini bitirsin və mümkünsə əsir alsın, yoxsa öldürsün. Türk qaranlıqda yola düşdü, Tərxanı öldürərək, başını kəsib Afşinə göndərdi” (ibn əl-Asir, 1995: 94). Bu və digər hekayələrdən başqa bir qənaətə də gəlmək olar, o da budur ki, Babəkin hakimiyyəti Azərbaycanın hər yerini əhatə etmirmiş və Babəkin hökmranlıq əhatəsi Bəz qalası və onun ətrafından irəli getməmişdir. Misal üçün, Marağanın hökmdarının Xəlifə və Afşinə tabe olmasını qeyd etmək olar. İbn əl-Asir belə yazır: “… Afşin qıtlıqla üzləşdi. O Marağanın hökmdarına yazdı ki, təcili olaraq ərzaq göndərsin. Marağanın hökmdarı isə böyük bir ərzaq karvanında kifayət qədər mal-qaradan əlavə 1000 baş öküz də göndərdi. Lakin bu karvan Babəkin qoşununun qəfil hücumuna məruz qalaraq, tamamilə ələ keçirildi” (öncəki: 85). Davamında belə yazır: “Afşin, Buğaya yazaraq Marağaya tərəf gedib, orada qalmasına dair göstəriş verdi” (öncəki: 93). Qafqazdakı Uydurma tarixçilik belə qələmə verir ki, Babək azərbaycanlı sərkərdə olaraq, xəlifədən müstəqill və kiçik bir hakimiyyət qurmağa nail olmuşdur. Halbuki, ilk əl tarixlərin tədqiqi ilə fərqli həqiqətləri aydınlaşdırmaq mümkündür. Arasbaran və keçilməz dağların həssas yolları və keçidlərinin Xəlifə və Afşinin qüvvələri tərəfindən ələ keçirilməsində Babəkin tədbirsiz sərkərdələrinin xəyanəti də az rol oynamamışdır. Bu haqda ibn Asir belə yazır:
“Bir gün Babək İsmət adlı komandirlərindən birini əsgərlərilə birlikdə adət və etimad əsasında [Təbrizin yaxınlığındakı Şahi adlanan qalasının hökmdarı] ibn Bəisə qonaq göndərdi, ibn Bəis qoşun başçılarını nahara dəvət etdi və yeməkdən sonra, onlara çox şarab içirtdi və sərxoş olub özlərini bilmədikləri halda, öncə İsmətin əl-qolunu qandalladı və ardınca onun tabeliyiondəki bütün komandirləri öldürdü. Daha sonra əl-qolu bağlı olan İsmətə qoşunun digər pəhləvanları və sərkərdələrinin bir-bir adını söyləməyi əmr etdi. O da belə etdi və ələ keçirdiyi hər kəsin boynunu vururdu … ibn Bəis daha sonra İsməti Mötəsimin yanına göndərdi. Mötəsim isə şəhərlərin, səngərlərin vəziyyətindən və Babəkin qabiliyyətlərindən soruşdu, o da qələbəyə aparan bütün yolları göstərdi” (öncəki: 81).
Əl-Kamil kitabında Babəkin, xəlifənin türk sərkərdələri o cümlədən Böyük Buğay ilə apardığı müharibə barədə ətraflı şərh verilmişdir (öncəki: 90-94). Əlkamildə Bəz qalasının işğalında aparıcı rolu olan Bəşir adlı türk soylu daha bir sərkərdədən də ad aparılmışdır: “Gün batıqdan bir neçə saat sonra Afşin öz qoşununa savaşa hazırlıq əmri verdi. Gecə ikən türk Bəşiri və onunla bərabər fərqanəlilərin komandirlərini göndərib, onlara əmr etdi ki, gedib təpənin ayağında dərənin aşağı hissəsinə yerləşsinlər” (öncəki: 103-104).
Məsələ burasındadır ki, əgər Afşin xəlifə ilə əməkdaşlıq etdiyinə və Babəkin məğlubiyyətində rol oynadığına görə farsların və yaxud da iranlıların simvoludursa, onda xəlifənin İtax, Böyük Buğay və İshaq ibn-İbrahim kimi türk sərkərdələri və anası türk olan xəlifənin özü kimlərin simvolu sayılmalıdır? Unudulmamalıdır ki, Afşin orta Asiyada yerləşən və uzun illər boyu baş-ayaq tarix yazarları tərəfindən türk vilayətləri kimi qələmə verilmiş Usruşana və Fərqanə əhalisindən olmuşdur. Uzun illərdir ki, həmin bölgədə yetişən məşhur şəxsiyyətlərin soyu müsadirə edilərək, türk təqdim edilir!
Lakin tacik bölgəsində doğulan şəxsin fars göstərilməsində Uydurma tarixçiliyin israrlı olması, üzərində tərəddüd edilməsi gərəkən məsələdir və pan-azərism diskursunda farsların Qafqaz türklərinə qarşı davamlı provokasiyası nəzəriyyəsi istiqamətində təhlil edilməlidir. Digər tərəfdən necə olur ki, Fərqanə və Orta-Asiyadan çıxmış məşhur şəxsiyyətlər pan-türkist tarixçiliyində türk sayıldığı halda bu mövzuda xüsusilə Afşinin iranlı olduğuna təkidlə israr edilir? Buna görə də soy və etnik məsələlərin müasir dövrümüzdə olduğu kimi gündəmdə olmadığı bir dövrdə baş vermiş tarixi olaylara bağlamaq və bu olaylara etnik donu geydirmək, tarixin yozulması və şərh edilməsində düzgün qayda sayıla bilməz və heç nəyi ifadə etməyən bu karuselə düşmək sonuncu məsələdə olduğu kimi qeyri müəyyən problemlərin ortaya çıxmasına səbəb olacaqdır.
Badkubeh.com