İran, Ermənistan və Talış niyə coğrafi istiqamətlə çağrılır?

Azərbaycanda bəzən Ermənistanı “Qərbi Azərbaycan”, İranı “Cənubi Azərbaycan” kimi çağırırlar. Buna səbəb bu ad dəyişimləri edənlərin həmin ölkənin əhalisinə düşmən kimi baxması, onları məhvetmə istəyindən qaynaqlanır və psixoloji təsirini bu formada göstərir.

Talışın “Cənub” adlandırılması da eyni məsələdən qaynaqlanır. Misal üçün, siz heç görmüsüzmü ki, Türkiyənin İğdır, Qars kimi azərbaycanlılar yaşayan bölgəsinə “Qərbi Azərbaycan”, Naxçıvana “Cənub”, Qarabağa da “Qərb” deyilsin? Şəxsən mən heç zaman qarşılaşmamışam. Çünki Türkiyə və sadaladığım bölgələrin əhalisinə qarşı nifrət və məhvetmə niyyəti yoxdur. Talış, erməni və farslara qarşı isə Azərbaycan iqtidarı və müxalifətində olan kəsim tərəfindən hər zaman məhvetmə istəyi olub və bu niyyəti müxtəlif yollarla təbliğ ediblər ki, bunlardan biri də adların özəlləşdirilməsi, düşmən hesab edilən tərəfin adının isə silinərək coğrafi istiqamət kimi uyğunlaşdırılmasıdır. Bu cür adlandırmaları edənlərin əksəriyyətinin həmin bölgənin əhalisinə qarşı nifrət nitqindən istifadə etdiyinin şahidi ola bilərsiz ki, bu da sözlərimə sübutdur.

Bunu hər kəs anlamalıdır ki, bu cür adlandırmaların arxasında çirkin təbliğat və münaqişə istəkləri dayanır. Bu cür adlandırmaları bilməyərəkdən, propaqandaya məruz qalaraq edənləri bilikləndirmək, qəsdən edənləri isə ciddi ictimai qınağa məruz qoymaq lazımdır. Əks halda bu günbəgün dərinləşən etnik nifrətin daha da artması, yeni münaqişələrin yaranması ilə nəticələnə bilər.

Rahim Şaliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma