Xalid Bağırova və könüllülərə qarşı hökümət tərəfindən təziqlər var – VİDEO

Bakıda olar, amma Lənkəranda olmaz

Deputatlığa namizəd Xalid Bağırova və ona seçki prosesində kömək etmiş şəxslərə qarşı təziqlər var.

Fevralın 4-də Xalid Bağırov onu müşayət edən heyətlə birlikdə saxlanılıb. Onun təbliğatında kömək edən maşın sürücüsünə polis tərəfindən təziq edilib və hədə-qorxu gəlinib. Xalid Bağırov və onun nümayəndələri qanunsuz yoxlamalara məruz qalıb.

Fevralın 5-də isə yerli polis orqanları ona seçki prosesində kömək etmiş şəxslərin evlərinə gələrək, telefon zəngləri edərək hədə-qorxu gəliblər.

Daha əvvəl bu tip maneələr icra strukturlarına bağlı müxatəlif şəxslər tərəfindən edilirdi. Bağırova köməklik edən könüllülər icra nümayəndələri tərəfindən fiziki və psixoloji təziqə məruz qalıb.

Bağırov etirazını bildirərək deyib ki, “Nəyə görə Bakıda, Gəncədə, Mingəçevirdə təşviqatla məşğul olmaq olar, amma Lənkəranda olmaz? Bu insanlar Bakıda yaşıyanlardan əskikdirmi?”

Polis isə qanunsuzluğa haqq qazandıraraq diskirimativ şəkildə cavab verib ki, “Bakı başqa yerdi, bura başqa. Bakı və Lənkərandakı insanlar eyni deyil”.

Dairə Seçki Komissiyası isə açıq şəkildə qanunsuzluğa haqq qazandıraraq Bağırova qarşı yalan ittihamlar verib.

Xalid Bağırov fevralın 9-da baş tutacaq seçkilərə 76 saylı Lənkəran-Astara seçki dairəsindən qatılacaq. O, yeganə namizəddir ki, təşviqatını talış dilində aparır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma