Fəxrəddin Abbasova 16 il həbs cəzası kəsildi

Talış siyasətçi və dilçi alim Azərbaycan hakimiyyəti tərəfindən mühakimə olunub.

Faiq Qəniyevin hakimliyi ilə keçirilən məhkəmə prosesində Abbaszadəyə 16 il həbs cəzası kəsilib. O, dövlətə xəyanətdə ittiham olunub.

Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasından oğurlanaraq qanunsuz yolla Azərbaycana gətirilib.

Bu Azərbaycan hökümətinin talış milli fəallar və ziyalılara qarşı ilk repressiv əməli deyil. Daha əvvəl 2009-ci ildə “Tolışi Sədo” qəzetinin baş redaktoru, professor Novruzəli Məmmədov cəzaçəkmə müəssəsində öldürülmüşdü. Daha sonra isə onun iki oğlu da dövlət tərəfindən öldürüldü.

2012-ci ildə isə “Tolışi Sədo” qəzetinin digər redaktoru Hilal Məmmədov da oxşar ittihamlarla həbs olunsa da, beynəlxalq təziqin artmasından sonra azad edilmişdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma