Fəxrəddin Abbaszadənin məhkəmədə son sözü: “Anam dedi ki, məni sat, amma xalqını satma”

Fəxrəddin Abbasovun 13 fevral 2020-ci il Bakı agır cinayətlər məhkəməsində söylədiyi son söz.


– Möhtərəm hakim, mən vəkilim Qanqa İbrahimovun gözəl çıxışı ilə tam razıyam. Bir şeyi əlavə etmək istəyirəm:
– 27 fevral 2019-cu ildə Rusiya Federasiyasi Miqrasiya Xidmətinin mənim deportasiya edilməyimlə bağlı qərarı həmən ilin 29 aprel tarixində Apellyasiya məhkəməsinin qərarı ilə ləğv – Möhtərəmedilmişdir! Onu da deyim ki, 27 fevral qərarı ilə məni əllərim qandallı olaraq Lyubertçi şəhər məhkəməsinə, deportasiya qərarindan sonra isə, yenədə əliqandallı Şeremetyevo hava limanına gətirərək iki nəfər Azərbaycan Respublikasinin xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil vermişlər – bir yaşlı və bir cavan! Mənə “məsləhət” göruldu ki, səs-kuy salmayım, yoxsa?!…
Mən təyyarədə həmən adamların müşaiyyəti ilə gətirilmişəm. Bakı aeroportunda əlimdəm qandallar açılmış və mən DTX-nin əməkdaşlarına təhvil verilmişəm!
Cənab hakim, son sözumə başlamazdan əvvəl diqqətinizə çatdırmaq istəyirəm ki, burda iştirak edən mənim qardaşlarım və qohumlarım dəfələrlə mənə yalvararaq, hətta bir çox hallarda  ağlayaraq mənə müraciət etmişlər ki, mən bir az çıxışlarımı yumşaldım, hökumətə münasibətdə fikirlərimi bir az loyallaşdırım. Onlara müraciət edərək deyirəm, əzizlərim, mənim yaşadıqlarım sizin başınıza gəlsəydi siz bundan on qat pis mövqedə olardınız.
Dediyim səbəbdən onların hamısı ilə dalaşmışıq, küsüşmuşuk, hətta duşmən olmuşuq. Ona görə də mən mubarizəmdə tək qalmışam, quru canımla tək mübarizəmi davam etmişəm.
Prokurorun ittihamlarına cavab olaraq bildirmək istəyirəm, ittiham istintaq materiallarının birə-bir təkrarıdır. Prokuror, özünə əziyyət vermədən, istintaqın gəldiyi qənaəti tam olaraq burada oxumuşdur!
İstintaqın ittihamları isə mənim verdiyim musahibələr, çıxışlarım əsasında qurulmuşdur.
Bu barədə ekspertiza rəyi də var. Lakin ekpert rəyi ekspertin subyektiv fikirlərindən ibarətdir. Ekspertin işi yazılan mətndə çağırışın olub olmamasına “hə” və ya “yox” deməkdir! Ekspert isə hüquqşunas kimi öz mülahizələrini istintaqa sırımağa cəhd edir!
(Bu zaman hakim müdaxilə edir)
– Siz son sözünüzu deyin, prokurorun nitqini təhlil etməyin.
-Məni prokuror ittiham edir, məndə ittihama cavabla son sözümü deyirəm!
Cənab hakim, onu da qeyd edim ki,  təcridxanada mənim hüquqlarım daim pozulub. Çox ciddi-cəhdlə mənim şikayətimin Avropa Məhkəməsinə göndərilməsinə maneə yaratmağa çalışıblar, guya Şikayətim oktyabr ayının əvvəlində göndərilib, məndə qəbzlərdə var, hələki çatmayıb…
(Bu zaman hakim muttəhimin sozunu kəsərək müdaxilə edir)
– Sizin hüquqlarınızı heç kim pozmayıb!
– Elə indi də pozursuz! Mənə fikrimi söyləməyə qoymursuz! Əvvəllərdə dəfələrlə fikrimi söyləmək istəmişəm, sözümü kəsmisiniz. Demisiniz axırda şərait yaradaram, deyərsiz. Amma mənə söz verməmisiniz. Bu səbəbdən indi məhkəmə prosessində hüquqlarımın pozulması haqda danışacağam.
Mənim hüquqlarım Bakıya gətirildiyim gündən pozulmuşdur! Yurisprudensiyada belə qanun var ki, insan əməlinə görə bir dəfə məsuliyyətə cəlb oluna bilər. Mənim haqqımda 14 iyul 2018-cil qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. Mən bu qərara asasən 6 ay Rusiya Federasiyasinda həbsdə saxlanmışam, bu ölkənin Baş prokurorluğu mənim ekstradisiyamla bağlı imtina qərarı çıxarıb.
Bakıya gələndən sonra mən məhkəmə qarşısına çıxarılmalıydım. Lakin heç bir qərar olmadan təcridxanaya yerləşdirilmişəm. Yalnız iyun ayında müddətin uzadılması ilə bağlı Sabayıl məhkəməsi qərar çıxarmışdır.
Mən başa düşmurəm, hansı müddəti uzatdılar, haqqında qərarı olmayan müddətimi?! Baxmayaraq ki, mən bu haqda Apellyasiya şikayəti vermişəm, şikayətimə 10 dəqiqə içində, guya baxılaraq, 14 iyul 2018-ci il qərarı qüvvədə saxlanılmışdır! Qeyd edim ki, həmin qərarla mən artıq 6 ay RF-da azadlıqdan məhrum edilmişdim va bu səbəbdən uzun muddət, hec bir məhkəmənin qərarı olmadan, qeyri-qanuni olaraq azadlıqdan məhrum edilmişəm.
Cənab hakim, mən də sizin kimi sadə kasıb kəndli ailəsində anadan olmuşam, ailədə 11 uşaq olmuşuq. Uşaqların hamısı zəhmətkeş, fəhlə adamlardır. Ailədə bir mən ali təhsil almışam! Həmişə ailəmizdə, kənddə, rayon mərkəzində doğma ana dilimdə, talış dilində danışmışam. Ana dilimə məhəbbətim uşaqlıq illərimdən formalaşıb! 1973-cu ildə Bakıya gəlib universitetə daxil olmuşam! Hələ ikinci kursda oxuyarkən fakultə divar qəzetini buraxarkən yazmışam ki, Azərbaycan dövləti Rusiya imperiyasına könullu daxil olmayıb, Azərbaycan Rusiya tərəfindən ilhaq olunub! Buna görə məni çağırıb universitetdən qovmaq istəyirdilər! Lakin dekanımız yaxşı adam idi. Allah onu rəhmət eyləsin. Məni yanina çağırıb dedi, özunu oda atma! Onun köməyi ilə qovulmadım!
Bəli, o dövrdə Sovet xalqı yaratmaq isyəyirdilər! Hanı bəs sovet xalqı, hanı bəs Sovet hakimiyyəti! Apardıqları milli siyasət nəticəsində dağıldı, tarix səhnəsindən silindi! Mənə ittiham irəli sürülür ki, çıxışlarımda Azərbaycan Respublikasının dağılacağını demişəm! Bu mənim ixtisasımdır, peşəmdir – olacaqları qeyd edim, olacaq nəticələrdən danışım! İndi respublikada aparılan milli siyasətin nətcəsinin bu sonluqla bitəcəyini demişəm. Bunu oxuyanlar bundan nəticə çıxarmalı və düzgün qərarlar verməlidirlər!
Universiteti bitirəndən sonra biz bir qrupla Moskvaya elmi ezamiyyətə göndərildik. Orada sizin dediyiniz turk əsilli kişilər hamısı gedib rus, erməni qadınlarla əylənirdilər, nə qədər acı da olsa deyim, qadınlarımızda məhz erməni kişiləri ilə əylənirdilər! Bir mən öz işimlə məşgul oldum, gəlib politoloqiyadan dərsliklər yazdım, politalogiya elminin respublikada bünövrəsin qoydum! Mənmi bu ölkəni dağıdıram? Məncə bu məhkəmədə iştirak edənlər kimi savavadsız, yarıtmaz kadrlar dövlətin birinci adamlarının xoşuna gəlmək üçün onlara yalan məlumatlar verərək ölkəni süquta aparırlar. O ölkə ki tək mənim quru canım tərəfindən dağılacaqsa, o dağılmalıdır!                                                                                 Hesab edirəm ki,  məhz dövlət təhlukəsizliyi xidməti bu sahədə ən çox təhlukə mənbəyidir. Hanı bu orqanın əvvəlki rəhbərləri!? Nəriman İmranov həbs edilib, Namik Abbasov yarıtmaz fəaliyyətinə görə işdən çıxarılıb, Eldar Mahmudov hardadır? Sonrakının aqibəti də sizə məlumdur!
(hakim ozu kecmiş MTN işçisi oldugundan bu ifadə xoşuna gəlmir və “mahiyyəti üzrə danış” ifadəsiylə muttəhimə oz fikrini bitirməyə imkan vermir).
1989-cu ildə Universitetə xaricdən nümayəndə heyəti gəlmişdi. Onlarla görüş zamanı məni və digər bir qeyri turk mənşəli müəllimi təqdim edərkən dedilər ki, bunlar milli azlığın nümayəndələridir! İlk dəfə mən onda sarsıldım. Başa düşdüm ki, bizi xarici nümayəndəliyə eksponat kimi nümayiş etdilər. Necə ki yaponlar qonağa ev əşyalarını göstərirlər, bu soyuducumuz, bu televizorumuz…
1992-ci ilə kimi mən can-başla azərbaycan xalqına xidmət etmişəm. Həmən ilin Novruz bayramında bir qrup gənc tələbələrim məni Əbilov klubunda talış dilində keçirilən bayram tədbirinə dəvət etmişdilər. Yalnız onda mən bildim ki, mə nə qədər bədbəxtəm, mənsub olduğum xalqın taleyinə biganə olmuşam! O gənclər sanki  mənim gözumu açdılar, anamın mənə etdiyi vəsiyyəti yadıma saldılar – “Oğlum, çalış kim olduğunu, hansı xalqa məxsus olduğunu unutma! Məni sat, ancaq xalqını satma!”
O andan sonra qərar verdim ki, öz xalqımın taleyi ilə məşgul olum!
Siz mənə 17 il cəza istəməklə mənə təzyiq etməyi düşünürsüz. İstəyirsiz lap öldurun, 170 il verin, lakin mən mübarizəmdən geri çəkilən deyiləm. Onsuzda 1992-ci ildən bəri mən boynuma kəfənimi dolayıb mübarizə aparıram! Mənim torpağa tökulən hər damla qanımdan yuzlərlə talış doğulacaq!
Məni İsmayıl Şabanov, Zabil Məhərrəmovla iş birliyində, əlbir olmaqda ittiham edirsiz! Bəli, biz eyni tədbirlərə qatılmışıq, çıxışlar etmişik, onlar öz sözlərini, mən də öz sözumü demişəm! Hansı məntiqlə bunu iş birliyi kimi ittihama daxil etmisiz, gözəl, yaraşıqlı prokuror?Zabil indi də tv açıb, verilişlər yayımlayır! Onun da mətnlərini mən mi yazıram!? Hüquqşunassınız, məntiq deyilən bir elm var. Siz hansı məntiqlə bu qənaətə gəlmisiniz? Bu nə savadsızlıqdır?!  Mən istintaqa da demişəm, mən onlarla uzun müddətdir ünsiyyəti kəsmişəm, bir kəlmə də olsun kəsməmişəm. Mən mübarizəmi təkbaşına aparmışam, quru canımla! Həyatımı öz mübarizəmə həsr etmişəm, ailəm dağılıb, uşaqlarıma həsrət qalmışam. Atam 93 hadisələrindən bir az sonra dözməyib vəfat edib, mənə görə 37 yaşlı qardaşımı Moskvada güllələyiblər, çox keçməmiş anam rəhmətə gedib, dəfnində iştirak edə bilməmişəm! Bunlardan sonra mən mübarizəmi dahada əzmlə aparmışam! Anamın vəsiyyətinə sadiq qalmışam!
Mənim işimə Novruzəli Məmmədovun işindən bir qovluq əlavə ediblər! Hərçən bunun mənim işimə heç bir aidiyyatı yoxdur, amma onunla tanış olduğuma sevindim. Allah onu rəhmət eyləsin! Məni onun üzünə durmaqda uzun müddətdir günahlandırırlar, qınayırlar! (Talış icması nəzərdə tutulur). Onun işində ittiham olunan Elman Quliyevin iddiasına görə N.Məmmədovun İrandan pul almasından guya mən də xəbərdar olmuşam! Lakin üçtərəfli uzləşmə zamanı N.Məmmədov özu bildirmişdir ki, mən F.Abbasovla heç vaxt tanış olmamışam və ünsiyyətimiz də olmayıb! Onun mənim barəmdə nəsə deməsinə inanmıram! (Allah onu rəhmət eyləsin!) Amma məhkəmə prosesində hakim yenə E.Quliyevin ilkin istintaqa verdiyi ifadəni əsas göturmüşdür! İşlə tanış olmağıma sevindim . Gördum ki, iki adam qeyd olunub. Onlardan biri rəhmətə gedib, onun adını çəkməyəcəyəm, dediklərini də deməyəcəyəm. Allah rəhmət eyləsin! Digəri, Ataxan Əbilov ifadə verib, imzası ilə təsdiq edib ki, o hər ay İrandan gələn 3 min dolları  N.Məmmədova vermişdir. Pulları ona Moskvada yaşayan molla Famil Cəfərov göndərirmiş! O insan indi kənarda sərbəst yaşayır, siz onu buraxmısız. Məni isə həbs etmisiz. Məntiq hardadır?
N.Məmmədovu həbs etdiniz, həbsxanada öldürdünüz.
Ondan sonra fizika-riyaziyyat elmləri namizədi, Quran oxuyan, namaz əhli, saf, təmiz bir insan Hilal Məmmədovun cibinə narkotik maddə ataraq 5 il müddətinə həbs etdiniz! Onuda deyim ki, 2002- ci ildən H.Məmmədovla unsiyyətimi tamamilə kəsmişəm.
Budurmu sizin dövlət siyasətiniz, qardaşlığınız, milli siyasətiniz? Dövləti bu siyasətlə nə qədər idarə edə bilərsiz?
Məni ermənilərlə əlaqədə ittiham edirlər, guya mən hansısa video çarxda Daşnaqsütün partiyasının, erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə bir araya gəlmişəm. Cənab yaraşıqlı prokurora demişəm, konkret olaraq birinin adını çəkin. Bu günə kimi bir nəfərində adını çəkməyib sübut üçün!
Məni ittiham edirlər ki, Qarabağı Artsax adlandırmışam. Beynəlxalq praktikada belə bir hal var: “BMT tərəfindən tanınmış və tanınmamış ölkələr”. Biz istəsək də, istəməsək də (nə qər acı da olsa, bu belədir) tanınmayan ölkələrlə hər hansı bir sahədəsə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar əməkdaşlıq edir. Həmən ölkələr özlərini öz istədikləri kimi təqdim edirlər! Məsələn Kipr dövləti var. 1974-cü ildə Turkiyə hücüm edərək adanın şimal hissəsində Şimali Kıprıs Turk Cumhuriyyəti elan etmişdir! İndi hamı onu belə də adladırır. Azərbaycan dövləti də bu ölkəni rəsmən tanımışdı. Sonralar başa düşdulər ki, bu səhv addımdır, bu fikirdən daşındılar! Deyək ki, bu insan özünü mənə Qanqa kimi təqdim edir, mən onu başqa adla çağırsam, onu təhqir etmiş olaram. Xatirlayiram 1964- ilin 6-cı sinif tarix dərliyində yazılmişdi ki, XII-XIII əsrlərdə Arsax knyazliginin yüksəliş dovru idi! İndinin özundə belə bir sira Azərbaycan tarixcisi “Arsax” sozunun etimologiyasını izah edərkən, bu terminin “ər” və “sak” sozlərinin birləşməsindən əmələ gəldiyini söyləyərək, “sak əri”, “sak kişisi” manasını bildirən turk sozu oldugunu iddiya edirlər. Bele oldugu halda, “Arsax” ifadəsinin işlədilməsi hansi məntiqlə cinayət sayilmalidir?!
Məni dövləti parçalamaq çağırışı etməkdə ittiham edirlər. Deyək ki, prezident İ.Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Irəvan, Zəngəzur, Göycə bizim tarixi torpaqlarımızdır. Məgər bu çağırışdır? Yox, çağırış deyil. Bu fikirdir. Mənim də peşəm fikr söyləməkdir, təhlil etməkdir, insan fikrini ifadə etməkdə azaddır!
Mənə guya DTX-nın 5-ci şöbəsinin məxfi sənədləri əsasında ittiham irəli sürürlər. Vəkil düzgün qeyd etdi ki, həmin ittihamlar məhkəmə istintaqı zamanı tədqiq edilməmiş və sübut kimi qəbul edilə bilməz.
Beləki orada yazılanlar Moskvada yaşayan,  daim “juçokla” gəzən Muruvvət Qurbanovun  sözlərindən yazılmış, çayxana söhbətlərindən başqa bir şey deyil. Sənədsiz, sübutsuz!
Mənim hüquqlarım məhkəmə tərəfindən də hər məhkəmə iclası zamanı pozulub. Hər dəfə məhkəməyə gətiriləndə müxtəlif bəhanələrlə məni dəhlizdə azında 30 dəqiqə saxlamaqla (guya mənə psixoloji təzyiq edirlər) təyin olunmuş vaxtda məhkəmə iclaslarının başlaması mütəmadi gecikdirilmişdir! Guya “məhkəmə zalında başqa işə baxılır”, ” bizim saxlama otağımız yoxdur”! Bunlar mənim problemim deyil, sizin probleminizdir. Zəhmət çəkin problemlərinizi həll edin!

* Fəxrəddin Abbasovun Son sozunu soylədiyi zaman hakim 11 dəfə(!) onun sozünü kəsmiş, fikrini tamamlamaga inkan verməmiş. Muttəhimin vəkili 3 dəfə “mahiyyəti üzrə danışır, imkan verin davam etsin” deyərək etirazını bildirmiş.

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma