Əliyev Paşinyanla debatda bildirdi ki, güya Azərbaycan multikultral dəyərlərə sahibdir və ölkədəki milli azlıqlar kimi ermənilərin də haqlarını tanımağa hazırdır.
Bu debatdan cəmi bir gün əvvəl isə talış dilçi alimi Fəxrəddin Aboszodə saxta ittihamlarla həbs olundu.
Aboszodəyə qarşı ittihamların birində göstərilir ki, o, Dağlıq Qarabağ ərazisini “Artsax” adlandıraraq cinayət törədib.
Tanınmamış Artsax Respublikasında (Azərbaycanlılar “Qarabağ” adlandırır) yaşayan ermənilərin əksəriyyəti olduqları ərazini “Artsax” adlandırır.
Əliyev deyir ki, həmin ermənilərin bütün haqlarını qorumağa hazırdır. Digər tərəfdən isə Əliyevin nəzarətində olan Azərbaycan Məhkəməsi həmin erməni əhalinin həbsi üçün president-nümunə yaradır. Məhkəmə “Artsax” adının hallandırılmasını cinayət əməli kimi qiymətləndirir.
Bu nə deməkdir?
Fəxrəddin Aboszodəyə verilən ittihamdan belə nəticəyə gəlmək olar ki, əgər Qarabağ-Artsax Azərbaycanın nəzarətinə keçsə, oradakı erməni əhalinin 90 %-ni həbs etmək üçün cinayət ittihamı artıq hazırdır.
Yəni bir erməni çıxıb deyəcək ki, “Mən Atsaxda yaşayıram”. Polis də gəlib dərhal onu terrorizm və dövlətə xəyanət maddəsi ilə həbs edib 16 il iş kəsəcək.
Bəli, Əliyev erməniləri repressiya etmək üçün beynəlxalq hüquqa uyğun gəlməyən saxta hüquqi əsaslar yaradır və bunu Azərbaycandakı yerli xalqların ziyalı nümayəndələri üzərində test edir.
Rahim Şaliyev