Fəxrəddin Abbaszadədənin həyatı təhlükədə – Bir aydır ki, ondan xəbər yoxdur

Fəxrəddin Abbaszadənin müdafiə komitəsi bəyanat yayıb

Bəyanatıda deyilir ki, Fəxrəddin Abbaszadə baradə həbs qərarı çıxarılandan sonra ondan bir xəbər ala bilməyiblər. Bu barədə komitənin bəyanatında məlumat yer alıb.

“Fəxrəddin Abbasovun (Əbоszodə) Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasından cari ilin 12 mart tarixində Penitensiar Xidmətin Kürdəxanıdakı təcridxanasına köçürülmüşdür, amma bu köçürülmə barədə nə qohumlari, nə də ki Müdafiə komitəsi üzvləri məlumatlandırılmamiş. F.Abbasovun (Əbоszodə) qardaşı Araz Abbasov dəfələrlə zənglər etsədə, ona ya cavab verilməyib, ya da ki saxlanilma yeri barədə yanliş məlumat verilib. Yalniz 1 aprel tarixində (18 gün sonra) qardaşina F.Abbasovun (Əbоszodə) Penitensiar Xidmətin Kürdəxanıdakı təcridxanasında olması bildirilir. Özudə bu məlumati aidiyyati dövlət orqanlari yox, Qırmızı Xaç nümayəndələri xəbər verir. Köçürülmə tarixindən bu günə kimi (33 gün keçib!) ailəsi onunla heç bir əlaqə qura bilmir, Penitensiar Xidmətə və Ombudsmana edilən müraciətlərə isə “araşdırırıq” kimi mücərrəd cavab verilir” – bəyanatda deyilir.

Komitə həmçinin talış dilinin tədqiqi ilə məşğul olan alimin taleyinin naməlumluğundan dərin narahatlıq keçirdiyini bildirib.

2018-ci ilin yayında Azərbaycan məhkəməsi Abbasovun həbsi barədə qərar verib. İstintaqın versiyasına əsasən, Abbasov Ermənistana gedib, erməni xüsusi xidmət orqanları ilə görüşüb və bundan sonra Azərbaycan və onun ərazi bütövlüyünün əleyhinə onlayn-bəyanatlar verib.

Azərbaycan Abbasovun bu vaxta qədər yaşadığı Rusiyaya onun ekstradisiyası barədə sorğu yollayıb. 2018-ci ilin payızında onu Lübertsı şəhərində həbs ediblər. Beş ay ərzində istintaq təcridxanasında ekstradisiya olunmasını gözləyib. Nəhayət, Lübertsı məhkəməsi Rusiyada yaşama hüququ müddəti bitdiyi üçün Abbasovun deportasiya edilməsi barədə qərar verib.

Lakin deportasiya edilərkən qanunlar kobud şəkildə pozulub. Abbaszadə deportasiya qərarından appeliyasiya məhkəməsinə 10 gün ərzində şikayət etmək hüququndan yararlana bilməyib və qanunsuz şəkildə Azərbaycana təhvil verilib.

“Amnesty International” hüquq müdafiə təşkilatının Rusiya nümayəndəliyi bəyan edib ki, Abbasovun Azərbaycana təhvil verilməsi Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozulmasıdır:

«Bu, 2012-ci ildə Rusiya Ali Məhkəməsinin beynəlxalq hüquq çərçivəsində Rusiyanın öhdəliklərinə hörmətlə yanaşılması və təhvil verilənin işgəncələrə və digər sərt davranış növlərinə məruz qalması təhlükəsi olduğu təqdirdə ekstradisiya haqqında sorğuların təmin olunmaması barədə aşağı instansiya məhkəmələrinə verdiyi tövsiyələrlə bağlı rəsmi mövqeyinə ziddir».

Bizi Telegramdan izlə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma