Dünyaca tanınmış Amnesty İnternational insan haqları təşkilatı illik hesabatını yayıb. Hesabatın Rusiyaya və Azərbaycana aid olan hissəsində Fəxrəddin Abbaszadə işinə xüsusi yer ayrılıb.
Təşkilat bildirib ki, Abbazadənin Rusiyadan deportasiya olunması tam qanunsuzdur və Azərbaycandakı həbsi siyasi mahiyyət daşıyır.
2018-ci ilin yayında Azərbaycan məhkəməsi Abbasovun həbsi barədə qərar verib. İstintaqın versiyasına əsasən, Abbasov Ermənistana gedib, erməni xüsusi xidmət orqanları ilə görüşüb və bundan sonra Azərbaycan və onun ərazi bütövlüyünün əleyhinə onlayn-bəyanatlar verib.
Azərbaycan Abbasovun bu vaxta qədər yaşadığı Rusiyaya onun ekstradisiyası barədə sorğu yollayıb. 2018-ci ilin payızında onu Lübertsı şəhərində həbs ediblər. Beş ay ərzində istintaq təcridxanasında ekstradisiya olunmasını gözləyib. Nəhayət, Lübertsı məhkəməsi Rusiyada yaşama hüququ müddəti bitdiyi üçün Abbasovun deportasiya edilməsi barədə qərar verib.
Lakin deportasiya edilərkən qanunlar kobud şəkildə pozulub. Abbaszadə deportasiya qərarından appeliyasiya məhkəməsinə 10 gün ərzində şikayət etmək hüququndan yararlana bilməyib və qanunsuz şəkildə Azərbaycana təhvil verilib.
Bizi Telegramdan izlə