Azərbaycanın xalq şairi Məmməd Rahimin 1934-cü ildə Siə Talış adlı qəzetdə dərc edilmiş şeiri tapılıb. Araşdırmaçı Cabbar Əliyev Talış adlı şeiri öz facebook mikrobuloqunda yayımlayıb.
Məmməd Rahim – Talış
Sən, boynu kündəli, qolları bağlı,
Arzusu boğulan, sinəsi dağlı,
Bir yazıq, kiməsiz, bir yazıq quldun,
Ac-susuz dolanan adi yoğsuldun.
Sən, gələcək, azad, böyük yarından,
Ümidlər bəsləyib düşdün ilqara,
Xanların vurduğu qamçılarından,
Çiynində sızladı aldığın yara.
Adını qoydular hüquqsuz talış,
Ucaldı həsrətin qarlı dağlardan.
Sezildi ömrünün baharında qış,
Nələr yaşamadın sən o çağlarda?
Yadıma salmayın bir də onları!
Döşümdə asdığım bu qızıl nişan
Yollayrı ömrünü günəşə sarı
Sən ey cəbhələrdə sayaq, atışan.
İnan, şairinin doğru sözünə,
İnsanlıq baharı gülür yüzünə.