İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, əslan İran talışı olan Naser Həmidi Zare Azərbaycanda işləyən zaman xatirələri haqqında danışarkən talış olduğuna görə Azərbaycan mediasının onu iqnor etdiyini bildirib.
Keçmiş səfir xatirələri haqqında danışarkən deyib: “Bir gün ANS telekanalında canlı efirə çağırıldım. Azərbaycanca yaxşı danışırdım deyə elə bilmişdilər ki, İran türküyəm. Buna görə də kanala gələrkən dərin hörmət gördüm. Canlı yayımda aparıcı (Sevil Nuruyeva) sual verdi ki, “Siz azərbaycan dilində danışırsız, deməli siz də azərbaycanlısız”. Mən isə cavab verdim ki, “Xeyir, mən İrandakı Talışıstandanam”. Bundan sonra mənə qarşı soyuqluq başladı. Canlı efir sona çatanda isə mənə bildirdilər ki, Azərbaycanda bir daha canlı efirə çıxa bilmərəm. Çünki talış olduğumu dilə gətirmişəm”.
Naser Həmidi Zare 2007-2009-cu illərdə Azərbaycanda fəaliyyət göstərib. 2009-cu ildə Azərbaycan tərəfinin narazılığından sonra İran tərəfi Azərbaycandakı səfirini dəyişmək məcburiyyətində qalıb.