Talışlar ermənilərlə düşmən olmaq məcburiyyətində deyil

Müasir qlobal dünyada hәr millәtin öz maraqları var. Diqqәt etsәniz, bunu rahat görә bilәrsiz. Sizә bir misal gәtirim. Keçәn әsrin 80-ci illәrindә vaxtilә Stalinin Gürcüstandan Orta Asiyaya sürgün etdiyi mesxet türklәrini özbәklәr hücum edib Özbәkistandan qovdular. Bu zaman heç kim onların nә türk, nә dә müsәlman olması haqqında düşünmәdi. Hәlә bu zaman neçәsini dә öldürdülәr. Vә yaxud Türkmәnistanın Orta Asiyanın digәr türk dövlәtlәri vә Azәrbaycanla münasibәtlәrini götürәk. Tәsәvvür edin Türkmәnistan Azәrbaycan vәtәndaşlarına viza vermir. İndinin özündә belә özbәklәrlә qırğızlar, tükmәnlәrlә qazaxlar arasında tez-tez konfliktlәr baş verir. Baxmayaraq ki, bunların hamısı türk dövlәtlәridir.

Amma eyni zamanda bu dövlәtlәrin hamısının ermәnilәrlә çox yaxşı münasibәtlәri var. Onlar üçün Azәrbaycanın Ermәnistanla konfliktdә olması heç bir әhәmiyyәt kәsb etmir. Bu sırada Türkiyәni xüsusi qeyd etmәk lazımdır. Hәtta Azәrbaycan Ermәnistanla müharibә vәziyyәtindә olanda, Azәrbaycana heç bir yardım etmәyәn Türkiyәnin Ermәnistana istәr taxıl vә әrzaq, istәr hәrbi yardımı faktlarla sübut olunub.

Belәliklә, biz görürük ki, hәr millәt öz maraqlarından çıxış edir. Millәt vә dövlәt anlayışında qardaş söhbәti yoxdur.
Bütün digәr millәtlәr kimi talışların da öz milli maraqları var vә tarix boyu öz maraqları üçün mübarizә aparıblar. Talışlar öz torpaqlarında yaşayır vә heç bir millәtlә dә düşmәn münasibәtindә deyil. Lakin talışların bütün milli haqları Azәrbaycan dövlәti tәrәfindәn pozulur vә talışa heç bir haqq tanınmır.

Azәrbaycan dövlәti lazım olanda özü ermәnilәrlә kifayәt qәdәr münasibәt saxlayır. Ermәnistana dәfәlәrlә dövlәt sәviyyәsindә sәfәrlәr baş tutub, ermәni vә Azәrbaycan jurnalistlәrinin qarşılıqlı sәfәrlәri tәşkil edilib, ermәni idmançıları Bakıda keçirilәn neçә yarışda iştirak edib, dәfәlәrlә ermәnilәr Bakıya gәlәrәk burda istirahәt edib gediblәr. Bunların hamısı aşkarda baş verib. “Qardaş olub Haystan, Azәrbaycan” mahnısını da talışlar bәstәlәmәyib. Yeri gәlmişkәn, dünyada ikinci belә bir fakt yoxdur ki, iki millәt bir-birini qardaş elan etsin. Bunların hamısı normal qәbul edilir, amma hәr hansı bir talışın Ermәnistana getmәyi xainlik hesab olunur. Nә üçün?

Son günlәr Türkiyә dövlәti bir neçә dәfә ermәnilәrә çoxlu yardım göndәrib. Әgәr ermәnilәr düşmәn hesab olunursa, buna nә üçün etiraz etmir heç kim?

Amma hazırda Azәrbaycan dövlәti talışlara düşmәn münasibәti bәslәyir, ermәnilәrә yox. Talışlar Qarabağda ermәnilәrә qarşı öz canlarından keçiblәr, amma dövlәt ermәnilәrә dünyada әn geniş muxtariyyәt tәklif edir, talışa isә adi bir televiziya kanalını qıymır.

Әlbәttә talış öz milli haqlarını bәrpa etmәk üçün istәnilәn dövlәt vә millәtlә iş birliyinә girmәk haqqına malikdir. Çünki bu şәraiti Azәrbaycan dövlәti yaradıb. Talışlar dövlәt qarşısında öz öhdәliklәrini yerinә yetiriblәr, dövlәt isә talışlara xәyanәt edib.

30-40 il qabaq Azәrbaycanın ermәnilәrlә türklәrin qarışıq yaşadığı әrazilәrindә türk toplumu ermәni kirvәlәri ilә fәxr edirdilәr. Bu yaxınlarda әslәn Ermәnistandan olan bir kişi ermәnilәrәlә olan isti münasibәtlәrindәn ağız dolusu danışırdı. Mәn әminәm ki, çox keçmәyәcәk, bu yenә belә olacaq. Әgәr ermәnini düşmәn hesab edirsinizsә, nә üçün Bakı vә Sumqayıtda hazırda yaşayan 50 minә yaxın ermәninin birini tutub öldürmürsüz? Yoxsa ermәnilәrlә düşmәnçilik yalnız talışların borcudur?

Ona görә bu gün ermәnilәr sözsüz ki, talışları öz maraqlarına görә müdafiә edirlәr. Bu şәraiti isә Azәrbaycan dövlәti yaradıb. Talışların bütün milli haqlarını ayaq altına atmaqla. Azәrbaycan dövlәti nә üçün ermәnilәri bu imkandan mәhrum etmir! Siyasәtdә “bu kişilikdәn deyil!” söhbәti yoxdur. Әgәr varsa, birinci Azәrbaycan dövlәtinә aid olmalıdır, çünki talışların bütün milli haqlarını ayaq altına qoyan Azәrbaycan dövlәtidir. Dövlәt ermәniyә yalvara-yalvara tәklif etdiyi hüquqları talışa da tәklif etsin, gör talışlar dövlәti necә müdafiә edir. Dövlәt talışları özünә dost etmәk әvәzinә, hәr vasitә ilә düşmәn edir. Tәәssüf ki, Azәrbaycan dövlәti vә Azәrbaycanın türk toplumu dövlәtin dağılmağına razı olarlar, tәki talışın milli haqları tәmin edilmәsin. Çox acınacaqlı olsa da, bu gerçәkdir…

Rost Merd

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma