Amnesty İnternational təşkilatı Azərbaycan hökümətini Talış aktivistlər Fəxrəddin Abbasov və Elvin İsayevin dərhal həbsdən azad edilməsinə çağırıb.
Bəyanatda bildirilir ki, 63 yaxşlı Fəxrəddin Abbasovun hipertansion və xroniki ürək xəstəlikləri var və o COVİD-19 pandemiyası səbəbindən də əlavə təhlükədədir. Həmçinin son zamanlar Azərbaycan höküməti coronavirus-dan siyasi və ictimai fəallara təziq vasitəsi kimi istifadə edir. Bu da həm İsayev, həm də Abbasov üçün əlavə təhlükələr yaradır.
Qeyd edək ki, Fəxrəddin Abbasov və Elvin İsayev heç bir dəlil gətirilmədən siyasi səbəblər üzündən həbsə salınıb. Azərbaycan Vətəndaş Cəmiyyəti fəalları Talış fəallara qarşı göstərilən təziqlərdə Azərbaycan hökümətinin tərəfində olduqlarını dəfələrlə bəyan ediblər.