Amnesti İnternational-ın Fəxrəddin Abbasov və Elvin İsayev barəsində bəyanatı

AMNESTY INTERNATIONAL-ın İCTİMAİ BƏYANATI

8 İYUN 2020 NÖMRƏ: EUR 55/2492/2020

AZƏRBAYCAN HAKİMİYYƏTİ TALIŞ FƏALLARINI AZAD ETMƏLİDİR

Amnesty International talış milli azlığının hüquqlarının qorunması uğrunda fəal Fəxrəddin Abbasovun və talış mənşəli blogger Elvin İsayevin aktiv fəaliyyətləri və Azərbaycan hakimiyyətini tənqid etdikləri səbəblərdən azadlıqdan məhrum edilməsi ilə bağli öz narahatçılığını bildirir. Onlar siyasi motivli ittihamların qurbanlarıdırlar və işgəncə yaxud pis rəftar riski altındadırlar. Onlar dərhal azad edilməlidir.

Fəxrəddin Abbasovun 63 yaşı var, hipertoniya və xroniki ürək xəstəliklərindən aziyyət çəkir, bu da onu həmçinin COVİD-19 aid risk qrupuna daxil edir. Azərbaycanda məhbuslar arasında COVİD-19 ilə yoluxma halları təsdiqlənib.

Azərbaycan hökuməti müxalifliyə davam edən təzyiqlər çərçıvəsində öz tənqidçilərinə qarşı repressiyaları genişləndirib. Bundan başqa, o, COVİD-19 pandemiyasından, karantin tədbirlərinin ehtimal olunan pozuntularına görə, fərdi insanlarin saxlanılma və inzibati həbsi üçün bir bəhanə kimi istifadə edib. COVİD-19 ilə əlaqələndirilən bu və digər qanunsuz tədbirlər milli və beynəlxalq hüquq müdafiə cəmiyyətlərinin diqqətini daha çox cəlb etdiyi zaman, Azərbaycan hökümətinin indiki və keçmiş repressiyalarının qurbanları olan azlıq və həssas qruplara az diqqət yetirilirdi. Onların arasında talış etnik azlığın da fəalları var.

Fəxraddin Abbasov

Fəxraddin Abbasov, görkəmli tarixçi və talış milli azlığın hüquqlarının qorunması üzrə fəal, 14 fevral 2020-ci ildə 16 ilə məhkum edilmişdir. 14 iyul 2018-ci ildə Ağır cinayətlər üzrə Bakı məhkəməsi  Azərbaycanin Cinayət məcəlləsinin 274 (Vətənə xəyanət), 281.3 (qiyama çağırış) və 281.3 (milli ədavətin qızışdırılması) maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində onu ittiham edib. Məhkəmə qərarı,  ehtimal olunan cinayətlərin onun tərəfindən törədilməsinin sübütu kimi, onun siyasi fikirlərini ifadə edən və müstəqil Talış dövləti üçün çıxış etdiyi nəşrlərinə istinad edirdi. Məhkəmə qərarı onun nəşr və müsahibələrindən, habelə Rusiyada yaşadığı müddətdə Talış Milli Televiziya İnternet kanalında apardığı siyasi proqram və çıxışlardan sitatlar gətirirdi. Hər halda, məhkəmə qərarında göstərilən və “Amnesty İnternational” tərəfindən nəzərdən keçirilmiş materiallardan heç biri beynəlxalq hüquq və standartlar çərçivəsində törədilən hər hansı cinayətə dair sübutlar təqdim etmir və zorakılıq aktlarına dair çağırışları ehtiva etmir. Ərazi bölgüsünə çağırışlar beynəlxalq hüququn müdafiə etdiyi söz azadlığının reallaşdırılmasıdır və Fəxrəddin Abbasov müstəqil Talış dövlətinə dair baxışlarını müdafiə edərkən öz ifadə azadlığı hüququnu həyata keçirirdi.

Fəxrəddin Abbasovun davam edən təqibləri onun dinc siyasi fəallığı ilə bağlıdır. 7 avqust 1993-cü ildə, o, qısa ömürlü, tanınmamış Talış-Muğan Muxtar Respublikası parlamentinin sədri seçilmişdir. Azərbaycan hakimiyyəti tərəfindən 27 avqust 1993-cü ildə Respublikanın ləğv edilməsi və onun 30 fəalının həbsi və təqibindən sonra, o, 1994-cü ildə Rusiyaya mühacirət etdi. 2005-ci ildə Azərbaycana qayıdana qədər, o, Rusiyada qaldı. Siyasi müxalifətə daha geniş təzyiqlərin bir hissəsi kimi, hökümət vətəndaş cəmiyyəti fəallarının qanunsuz saxlanma və həbslərinə başladıqdan sonra, Fəxrəddin Abbasov 2008-ci ilin okyabrıda yenidən ölkəni tərk etmək məcburiyyətində qalır. O vaxtdan bəri Rusiyada yaşamış, Talış müstəqilliyi ideyasını dəstəkləmiş və talış azlığının hüquqlarının müdafiyəsi üçün maarifləndirmə və elmi işləri həyata keçirmişdir.

Fəxrəddin Abbasov 2011-ci ilin iyunundan 2014-cü ilin iyun ayına qədər müvəqqəti sığınacaq almışdı. 26 fevral 2014-cü ildə 26 fevral 2019-cu il müddətinədək Rusiya Federasiyasında oturum aldı. 14 iyul 2018-ci il tarixində Azərbaycan hakimiyyəti ona qarşı qiyabi olaraq cinayət işi açdı və onun Azərbaycana ekstradisiyasını tələb etdi. 6 sentyabr 2018-ci ildə, o, Rusiyada ekstradisiya tələbi ilə həbs edildi və nəzarət altına alındı. Həbsdə olarkən, o, sığınacaq üçün müraciət etdi, lakin onun Rusiya Federasiyasında artıq oturum icazəsi olduğuna görə müraciəti Rusiya hakimiyyəti tərəfindən rədd edildi. 28 Fevral 2019-cu ildə, o, məcburi olaraq Azərbaycana qaytarıldı. Bakıya gətirilərkən həbs edildi və nəzarət altına alındı. Həbsdə olarkən hüquqlarının pozulmasına dəfələrlə məruz qalmış, o cümlədən 2020-ci ilin 12 mart – 4 may tarixləri arasında əlaqəsiz saxlanılmışdır.

Elvin İsayev

Rusiyada mühacirətdə yaşayan talış mənşəli digər bir fəal, müxalifətyönlü blogger Elvin İsaev avqustun 22-də qiyabi olaraq kütləvi zorakılığa təhrik (maddə 220.2) və qiyama çağırışda (maddə 281.2) ittiham olunmuşdu. O, 2019-cu ilin dekabrında Ukraynada həbs olunaraq zorla Azərbaycana qaytarıldı və Kürdəxanı həbsxanasındadır. Ona qarşı irəli sürülən ittihamlar əsassızdır və Azərbaycan hakimiyyətinin korrupsiya və siyasi repressiyaları ilə bağlı ictimai tənqidi ilə bağlıdır. Öz seçimi ilə vəkil tutmaqda ona maneələr törədilir və onun ədalətli məhkəmə ilə bağlı digər hüquqlarıda pozulur.

Elvin İsayev 1998-ci ildən Rusiyada yaşayırdı və Rusiya vətəndaşlığını almışdı. 22 avqust 2019-cu ildə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin tələbi əsasında onun həbs qərarını çıxardı. 26 avqust 2019-cu ildə Rusiya hakimiyyəti Elvin İsayevi həbs edərək, Rusiya vətəndaşlığını ləğv etdi və Azərbaycana deportasiyası haqqında sərəncam verdi. 10 sentyabr 2019-cu ildə Avropa İnsan Haqları Məhkəməsi deportasiyanın müvəqqəti tədbir kimi dayandırılmasını tələb etdikdən sonra (39-cu Qaydaya əsasən) onun deportasiyası dayandırıldı. Elə həmin ay Rusiyadakı təhlükəsizliyindən narahat olan Elvin İsayev Ukraynaya gedir. 12 dekabr 2019-cu ildə Ukrayna prezidentinin Azərbaycana səfərindən bir həftə öncə Elvin İsayev guya Ukrayna miqrasiya qanunvericiliyini pozduğuna görə Azərbaycana deportasiya olundu.

“Amnesty İnternational” Azərbaycanda hökumət tənqidçilərinin təqiblərinin uzun tarixini, o cümlədən siyasi motivli təqibləri, qanunsuz azadlıqdan məhrum etmə və həbsdə pis rəftarın və işgəncələrin tətbiq edilməsini sənədləşdirir. Həm Fəxrəddin Abbasov, həm də Elvin İsaev həbsxanada qaldıqları zaman işgəncələrə məruz qalma riski altındadır.

Fəxrəddin Abbasovun 63 yaşı var, hipertoniya və xroniki ürək xəstəliyindən əziyyət çəkir ki, bu da onu COVİD-19 risk qrupuna daxil edir. Azərbaycanda məhbuslar arasında COVİD-19 yoluxma halları təsdiqlənib.

“Amnesty İnternational” Azərbaycan hakimiyyətini Fəxrəddin Abbasovu və Elvin İsayevi dərhal azad etməyə çağırır, çünki onların hər hansı bir cinayət törətdiklərinə dair heç bir inandırıcı sübutlar olmadığı halda, öz siyasi fəallığına görə həbsdə saxlanılırlar. Azərbaycan hakimiyyəti Azərbaycanda heç kəsin işgəncəyə və ya pis rəftara məruz qalmadığına da zəmanət verməlidir.

 

KONTEKST

Talışlar – İran və Azərbaycanda etnik azlıqdır. 1993-cü ildə bir qrup talış fəalı, orada yerləşən silahlı qüvvələrin komandanlığının dəstəyi ilə tanınmamış Talış-Muğan Muxtar Respublikasını elan etdi. Azərbaycanın mərkəzi hakimiyyəti ilə siyasi qarşıdurmadan və bir neçə ölüm və zədələnməyə səbəb olan lokal toqquşmalardan sonra onun liderləri həbs edilərək məsuliyyətə cəlb olundular. Azərbaycan hakimiyyəti talış xalqının, xüsusən də mədəni yaxud siyasi muxtariyyətə tərəfdar olanların təqib olunma tarixinə malikdir. 2013-cü ildə keçmiş vicdan məhbusu və “Tolışi Sədo” qəzetinin (Talışın səsi) redaktoru Hilal Məmmədov vətənə xəyanət, millətlərarası ədavətin qızışdırması və narkotiklərin saxlanılması ittihamları ilə beş il müddətinə azadlıqdan məhrum edilmişdir. Vətənə xəyanət uydurma ittihamı ilə həbs edilən qəzetin əvvəlki redaktoru Novruzəli Məmmədov 2009-cu ildə həbsxanada vəfat etmişdir.

Azərbaycanın hər yerində ədalətli məhkəmə hüququ pozulur. Cinayət törətməkdə şübhəli bilinən bir çox şəxslər və müttəhimlər, xüsusilə siyasi motivasiyalı təqiblərə məruz qalanlar bir neçə gün və hətta bir neçə həftə ərzində təcrid vəziyyətdə saxlanılırlar, vəkil seçimindən məhrum edilmişlər, onlara qarşı işgəncə və ya pis rəftarın digər növləri tətbiq edilir, bunun nəticəsində ərizələr rədd edilir, onların məcburi “ifadələri” isə hakim tərəfindən qəbul edilir. Hakimiyyətin çoxsaylı tənqidçiləri yalnız ifadə azadlığı, birliklər və dinc toplantıları hüquqlarının həyata keçirilməsi üçün təqib olunur, vətənə xəyanət və qiyama çağırışlar da daxil olmaqla siyasi motivli ittihamlarla ədalətsiz məhkəmə nəticəsində həbs olunurlar.

Bununla yanaşı, Azərbaycan insan hüquqlarına riayət olunmasının yoxlanması üçün qapalı olaraq qalır. Uzun illər ərzində insan hüquqları sahəsində beynəlxalq müşahidəçilərə, o cümlədən” Amnesty İnternational “a, ardıcıl olaraq ölkəyə daxil olmağı qadağan edirlər.

 

Bir şərh

  1. Azərbaycanda talışların təqibi,repressiyası bu gün də davam edir. Mən də 1993-cu ildən bu təzyiqlərin həmişə obyekti olmuşam.Həmin ildə həbs olunanların içtimai müdafiəsini təşkil etdiyimə görə təzyiqlərlə uzləmişəm.Muxtəlif vaxtlarda qondarma ittihamlarla yeddi dəfə 5,10,30 gün azadlıqdan məhrum edilmişəm.1994-cu il iyunun 17- də isə əvvəlcə 30 gün,sonra da bir il azadlıqdan məhrum edilmişəm. Göstərilən bu işgəncələr ailə həyatı mda öz təsirini göstərdiyindən vaxtsız itkilərlə üzləismisəm…

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma