Azərbaycan talış olan Rus vətəndaşını həbs etməyə səbəb tapa bilmir

Rusiya vətəndaşı olan Mirhafiz Cəfərov (Cəfərzadə) ötən ilin noyabrnda Azərbaycana ailəsini ziyarət etməyə gedərkən Dövlət Təhlükəsizliyi İdarəsi tərəfindən saxlanılıb.

Azərbaycan höküməti heç bir istintaq və məhkəmə qərarı olmadan onu xarici kəşfiyyata işləməkdə günahlandırıb.

Daha sonra isə onun dilindən montaj edilmiş video yayımlanıb. Videonun müxtəlif hissələrinin kəsilərək bir birinə birləşdirildiyi aydın görünür və Cəfərovun özü də onun adından yayılan videonun montaj edildiyini deyib.

“Mən videoda günahsız olduğumu demişəm, onlar isə videonu montaj edərək güya “günahımı etiraf etmişəm” kimi bir görüntü yaradıblar. Əgər haqlıdırlarsa videonu montajsız yayımlasınlar”. – deyə Cəfərov bildirib.

Cəfərov barədə istintaq yekunlaşsa da, məhkəmə 4 dəfə təxirə salınıb. Məhkəmə 2 dəfə “müttəhimi məhkəməyə gətirməyi yaddan çıxardığını”, 2 dəfə isə “tapa bilmədiyini” əsas gətirərək məhkəməni təxirə salıb.

Onun qardaşı Seyidəli Cəfərov Avasor Tv-yə verdiyi açıqlamada məhkıməni “komediya şousu” adlandırıb.

Hüquq müdafiəçisi Rahim Şaliyev isə düşünür ki, Cəfərov Azərbaycan ilə yanaşı Rusiya vətəndaşı olduğuna görə onu sübutsuz tutmağa çətinlik çəkirlər.

“Sübut tapılmadığı üçün gözləyirlər. Gözləyirlər ki, bəlkə Rusiya-Ukrayna müharibəsi daha da dərinləşə və Rusiyanı gücsüzləşdirər. Bundan sonra da Cəfərov və başqa Rusiya vətəndaşlarını sübutsuz tuta bilələr”. – Şaliyev bildirib.

O həmçinin Rusiya dövlət orqanlarını Cəfərova sahib çıxmağa çağırıb:

“ Fəxrəddin Abbasovun Rusiyadan Azərbaycana verilməsi və daha sonra həbsdə öldürülməsi Talışlarda Rusiyaya qarşı inamsızlıq yaradıb. Abbasov Rusiya vətəndaşı deyildi, amma Cəfərov Rusiya vətəndaşıdır. Rusiya heç olmasa Mirhafiz Cəfərova sahib çıxsın”.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan hakimiyyəti Rusiyada yaşayan talışlara qarşı həbs və təziqləri gücləndirib. Cəfərov onlardan biridir. Onun növbəti məhkəməsi Sentyabr ayının 5-də keçiriləcək.

Bir şərh yazın