“Talış Vikipedia Azərbaycanda yaşayan fəallar tərəfindən qeydiyyatdan keçirilib. Azərbaycandakı bir sıra siyasi çətinliklərə görə bu insanlar adlarını açıqlamır və Rusiyada yaşayan bir qrup dələduz bu vəziyyətdən çox qeyri etik şəkildə istifadə edir. Bu adamlara inanmayın”. – Bu haqda Talış fəal Rahim Şaliyev məlumat verib.
O, Talış Vikipediyasının 30 Avqusta təsdiqləndiyini xüsusi bildirib, Rusiyada yaşayan bir qrup insanı dələduzluqda ittiham edib.
Şaliyev saytımıza bildirib ki, “Bu insamlar necə Vikipediya üzərində işləyir ki, bir neçə aydı təsdiqlənmiş layihədən xəbəri yoxdur. Bu o deməkdir ki, bu insanlar ümumiyyətlə Vikipediyaya girmirlər, yalançıdırlar.