Rahim Şaliyev: Ələkram Hümmətovun səhvi nə idi?

90-cı illərdə Talışların əlində Azərbaycandakı ən güclü qoşun hissələri vardı. Ələkram Hümmətov 4 min nəfərdən ibarət, həmin dövrün ən yaxşı silahlarına sahib orduya malik idi. Səfərbərlik elan etsəydi qoşun sayın 10 minə çıxarda bilərdi.

Hümmətov bu qoşunla ya Bakını tutub ölkəni idarə edə bilərdi, ya da Lənkəranda qalıb Talış Muğan Respublikasını qoruyardı. O isə ən axmaq bir hərəkəti etdi. Qoşunu Qarabağa yollayaraq Azərbaycanlıları qorudu. Həmin vaxtda isə Elçibəy və əlaltılaları silahlı dəstələri Talışa yollayıb Talışların nüfuzlu adamlarını qırdı.

Belə bir məqamda Hümmətov Talışda vətən xaini, Azərbaycanlılar üçün isə qəhrəman hesab edilməliydi ki, adam öz xalqın qoyub Azəriləri qorudu.

Amma baxın Azərbaycan xalqının qəhrəmanları hazırda kimdir. Onları dubinka ilə zorlayan, Rusa, İngilisə satan Elçibəy və Əliyev. Hətta indinin özündə də biri İlhamı, digəri Kərimli və Hacıbəyli kimiləri qəhrəman sayır.

Bəs Ələkram onlar üçün hardadır? Anası, var-yoxu söyülən yerdə.

Mən Azərilərin dəyişəcəyinə, yaxşı yerə çatacağına inanıram. Amma həyatımda heç zaman onların aldığı siyasi qərarlara inanmamışam. Bunu istəsəz millətçilik və başqa yöndə yozun, amma qavradığım bir şey var. Azərilər yaxşı dost, yaxşı insan ola bilirlər. Amma siyasətdə, dövlət quruculuğunda çox acizdirlər.

Rahim Şaliyev

Bir şərh yazın