Talış futbolçu Portuqaliya Superliqasında!

elnur21 yaşadək millimizin Talış futbolçusu Elnur Cəfərov Portuqaliyada oynayacaq.
Qaynarinfo.az xəbər verir ki, o, Portuqaliyanın elita klubu olan “Tondela” ilə 1 illik – 2017-ci ilin iyununadək müddəti əhatə edən müqavilə bağlayıb.
19 yaşlı Elnur Tondela klubunun yeni mövsüm öncəsi heyətinə qatdığı 10-cu futbolçu olub. Cəfərov artıq komandasının ilk məşqində iştirak edib. Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Petitin baş məşqçisi olduğu komanda ötən mövsüm XVI pillədə turniri tamamlamaqla I dəstəyə düşməkdən qurtulub. Bunun üçün XVII pillədəki klubdan cəmi 1 xal artıq toplamaq kifayət edib.
Qeyd edək ki, İspaniyanın “Ovyedo” klubuna keçidi alınmayan “Xəzər Lənkəran”ın yetirməsi Elnur Cəfərov Portuqaliyada Azərbaycanı təmsil edən 3-cü futbolçu olacaq. İlk bayraqdar hazırda “Neftçi”nin baş məşqçisi olan Vəli Qasımov olub. O, 1997-1999-cu illərdə “Vitoriya”, 1999-2001-ci illərdə isə “İmortal” klubunda oynayıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan Amit Quluzadə isə 2014/15 mövsümündə isə Lissabonun “Atletiko” klubunun şərəfini qoruyub. Lakin onun Pireney yarımadasındakı karyerası çox uğursuz alınıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma