Kadir Misiroğludan tarixi etiraf: “Biz türklər Azərbaycana xəyanət etdik” – VİDEO

kadirBu, razılıq deyil, Atatürk bunu təşviq edib. Rusiyadan yardım almaq üçün Azərbaycan xalqı aldadılıb və Azərbaycan ruslara peşkəş edilib. Biz yunanlarla müharibə edəndə, azərbaycanlılar qardaş ölkə kimi bizə kömək ediblər, amma təəssüf ki, biz sizə xəyanət etdik. 1920-ci il tarixli “Yeni gün” qəzetində Mustafa Kamalın bəyanatı dərc olunub. Eynən belə deyib: “Bu ordular (11-ci Qızıl Ordu hissələri – red.) bizim təsirimiz və xidmətimiz sayəsində sürətlə Şimali Qafqaza keçdilər, Azərbaycana daxil oldular və azərbaycanlılar da gələn orduları kəmali-sükunətlə qəbul etdilər”. Burdan anlaşılır ki, rus qoşunlarının Azərbaycana dəvətinə vasitə olan, Gəncədəki qarışıqlıqlarda Ankaranın əmrində duran və orada fəaliyyət göstərən Xəlil Paşanın da adı var. Azərbaycanlıların rus ordularını sükutla qarşılamasında Türkiyənin verdiyi təminat rol oynamışdı. Məsələ belədir. Xəlil Paşanı Bakıya yollamışdılar, o, məclisə gəlib bu sözləri demişdi: “Müdaxilə etməyin, ruslar buranı işğal etmək üçün gəlmirlər, Türkiyədəki qardaşlarınıza yardım üçün ordu göndərəcək, bunu mənə Mustafa Kamal Paşa yazıb və deyir, müdaxilə etməsinlər”. Tarixi həqiqət belədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma