Rusiyada yaşayan Talış əsilli gənc futbolçu Emin Mahmudov Avropa komandasına transfer olub. O, yay transferində Rusiyanın “Krılya Sovetov” komandasından Portuqaliyanın “Boavişta” komandasına transfer edilib.
Xatırladaq ki Emin Mahmudov Rusiyanın Saturn futbol klubunun yetirməsidir və sonralar karyerasını “Spartak Moskva”, “Tom”, “Mordoviya” və “Krilya Sovetov” komandalarında davam etdirib. Bununla belə Rusiya gənclər milli yığmasının oyunçusu idi. Bir neçə ildir ki, Azərbaycan milli yığması da Emin Mahmudova təkliflər edir və millimizin çoxsaylı azarkeşləri də Emini millimizin sırasında görmək istəyərdi.
Onun valideyinləri əslən Lerik rayonundandır.
Daha öncə “Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərov da Portuqaliya Super Liqasının “Tondela” klubuna transfer olunmuşdu.