Azərbaycan höküməti qanunsuz olaraq Talysh.org, Talish.info və Tolishpress.org saytlarına girişi dayandırıb.
Azərbaycan höküməti məhkəmə qərarı olmadan Azərbaycan və Rusiya talışlarına aid olan Talysh.org, Talish.info və Talishpress.org saytlarına girişi dayandırıb. Saytlara giriş yalnız VPN vasitələrlə mümkündür.
Girşinə qadağa qoyulan saytlarla bağlı heç bir məhkəmə qərarı yoxdur və rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, daha əvvəl Meydan TV və Azadlıq Radiosunun yayımı da Azərbaycanda məhkəmə qərarı olmadan qadağan olunmuşdu. Daha sonradan talışlar barədə obyektiv informasiya yayan Meydan TV-yə giriş məhkəmə qərarı ilə qadağan edilmişdi.