LƏNKƏRAN, LƏNGƏRGÜRAN, yoxsa LANKON?

Bir çoxları yer, şəhər, kənd və s. adlarını bilərəkdən,bəziləri bilməyərəkdən təhrif edir. Buna misal Lənkəran toponimini göstərmək olar.Bu adın mənası uğrunda uzun – uzadı mubahisələr gedir və hərə bu adı özünə uyğun mənalandıraraq öz tərəfinə çəkir. Hamı istəyir ki,bu adın mənası onun bildiyi kimi olsun. Lakin bunu dəqiqləşdirmək üçün mənbələrə muraciət etmək lazımdır. Görək, mənbələr bu haqda nə deyir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış “Fərruxnameyi-cəmali” əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

Lənkəran adının mənşəyinə iki çür yanaşırlar: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında.

XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.

Lənkəran sözünün ikinci mənası isə talışca olan Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca “kon” azərbaycanca “kəran”la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad “qamış evlər” mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır. Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov “Gülüstani – İrəm” (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı “Əxbərnamə” kitablarında Lənkəranı “Ləngərkünan” adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya dəftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.

27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdir.

İndi isə rus mənbələrinə muraciət edək, görək nə yazır. Mənbəni olduğu kimi verirəm-( Talışda Tatar adı ilə məşhur olan Lənkəran adlı bir şəhər var. Talışlar bu şəhəri öz dilində Lankon, farslar isə Ləkərguran adlandırırlar. Bu şəhər Parisdən 38 – 439 519″ şimal enliyində və 400 320 şərq uzunluğunda, Sankt – Peterburq şəhərindən isə 18934″509 –enlikdə və qrinviçdən isə 48- 54” şimal enliklərində yerləşir, Lankon və ya Lənkəranka çayının xəzər dənizinə döküldüyü yerdə yerləşir. Şəhərin adı və binövrəsini qöyduğu şəxsin adı məlum deyil. Elə bu səbəbdən də hesab edilir ki, bu şəhərin tarixi çox qədim deyil. Lakin tarixi mənbələrdə isə Lənkəran adlına rast gəlinmir.Onun yerinə isə kortəbii,çirkin,bərbad şəkildə salınmış və heç bir yaxşı bir mənzərə əks etdirməyən yaraşıqsız bir kənd kimi qeyd olunur..

Bu şəhərdə 422 müsəlman,48 erməni evi var.Bu evlərdən 10-nu bəylərə, 43-ü təəbələrə, 192-si Maaflara, 120-si təsərüfatçılara, 7-si ruhanilərə, 70-i bəylərdən asılı olan camaata məxsus idi. Lənkəranda iki bazar var idi. Biri müsəlman,o birisi də erməni bazarı. Bu erməni bazarında 117 xəfəng var idi. Burada iran və şirvanın ipək parçaları, rus dəstmalları, dəmir əşyalar, sandıqlar, gil qablar və sair. Bunların böyük bir hissəsi gündəlik tələbatı olan təzə tər ərzaq malları və quru meyvələrinin,Limana aid dəmir məmulatlarının satışı ilə məşğul idi.Müsəlman bazarındakı xəfənglər qırmızı malla dolu idi.Bu mallar Lənkəran camaatına məxsus idi. Bunlardan 6-sı xarici mallar, 28-xəfəng saracin arpa yarması, yağ, salo və 5 xəfəng başmaqsatanlar, 1 xəfəng isə gümüşsatanlar , 2 xəfəng çilingər və dülgərlər, 2 xəfəng dəmirçilər, 4 xəfəng papaqçılar və 1 xəfəngdə də kababçılar ticarət edirdilər. Burada 59 qırmızı xəfəng var idi.Erməni bazarında da qırmızı xəfənglər var idi. Bunlardan 11-xarçevnikvarlar, 2 müxtəlif cür avropa şərab,çay və qənd satılır, 1-də gümüşsatanlar,8 xəfəngdə-erməni tacirləri mal satırdılar.Elə bu bazarda da 9 saray tipli ev var(burada yəqin ki,anbar nəzərdə tutulur). Burada 75 qamışdan və 1 taxtadan və 1-də kərpicdən evlər var idi. Lənkəranda ticarət edən ən yaxşı tacirlərdən ən çox ticarət dövriyyəsi 1500 gümüş rub və iran ,Həştərxan və Bakı ermənilərinin dövriyyəsi idi.) (Bax mənbə- о возевнии: “Россйскихъ вллдений

въ статистичвскомъ, этногвлфичкскомъ,топографическом и «финдиффузору;отношвнияхъ,произведенное и изданное до высочейшему «ивалены». Тала 44

«-часть ш. санкт-Петербург. 1836 год. ХП. О город Ленкерань и некоторых достопримчательностяхъ въ xанств 15,.стр-239).

Göründüyü kimi mənbə bu şəhərin adının Tatar dilində olduğunu qeyd edir və sonra isə qeyd edir ki, talışlar onu öz dilində Lankon adlandırırlar. Sonra isə o bu şəhərin farsca olan Ləkərgüran adlandığını qeyd edir. Bu cür izah 1836-cı ilə aiddir. Sonra mənbə qeyd edir ki, bu şəhərin tarixi və tikilməsi məlum olmadığından heç bir mənbədə bu barədə dəqiq məlumat yoxdur. Lakin Lənkəran adının farsca olan digər variantıda elə Lənkərandır. Beləki fars dilində sahili bilinməyən və dəqiq olmayan sahilə ,,kəran,, deyirlər. Məsələn əgər bir adam hansısa bir hadisə haqqında fikirini cəmləşdirə bilməyəndə (fars dilində-İranda) sadəcə ,,bikəranəm,, deyə cavab verir.Yəni tam qərara gəlməmişəm və ya sonuna çıxmamışam. Elə bu səbəbdən də bu sözün farsca olan Lənkləran sözü tərcümədə Lənkəran –yəni ,,sahilsiz,, mənasını verir.Lakin cənub bölgəsində bu qəbildən olan və ,,kəran,, sonluğu ilə bitən yer adları çoxdur. Məs: Şeyxəkəran( Şeyx evləri), Şiyəkəran( Şiə və ya əzilmiş evlər), Səpinəkəran(Yuxarıdakı evlər), Türkəkəran(Türk evləri )-( Lənkəran), Lüləkəran( Lülə evlər-Lerik) var. Lakin buraya şamaxıdakı Əsxənəkəran, Tüləkəran və Mazandarandakı Əsxənəkəran yer adınıda daxil etsək onda bu adların eyni qəbildən olmaqla fars dilindən yarandığını göstərir.Bu adların talış dilindəki variantı isə ayrıca bir bənzətmə toponomiyasıdır. Lakin qeyd etməliyəm, bu şəhərin adı mənbələrdə Lənkəran və ya Lankon kimi çəkilir. Düşünürəm ki, bu adların hər ikisi elə Talışcadır. Ehtimal ki, Lənkəran şəhər adı ədəbi talış dilində, Lankon şəhər adı isə Talış dilinin ləhcələrində işlənən variantıdır. Beləki, cənub bölgəsindəki ,,kon,, və yaxud ,,kəon,, sonluğu da bu yer adının daha dəqiq işlənmə formasıdır. Sonradan bu şəhərin əhalisinin sayı artmışdır. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul – idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi, əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

Tədqiqatçı -Tarixçi Aqşin Əliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma