14 yaşından bədii fəaliyyətə başlamışdır. Şerlərini iki dildə – həm azərbaycan, həm də talış dilində yazmışdır. Əsərləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. İlk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Onun şeirləri əsasən “Lənkəran” qəzetində, daha sonra mütəmadi olaraq “Tolışi sədo” qəzetində çap olunub.
Tofiq İlhamın şeirlərinə bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Baloğlan Əşrəfov və Səməd Tolışi demək olar ki, onun şeirləri ilə səhnəyə çıxıblar. İsrail Məmmədov və İsmail Səfərov onun şeirlərinə mahnı bəstələyib və məharətlə ifa ediblər. Hətta Tofiq İlham özü də “Nazilə” adında şeir yazıb və ona mahnı bəstələyib. Həmin mahnını Səməd Tolışi indi də ifa edir.
İndiyə qədər 9 kitabı çap edilib: “Kafte” (1993), “Qızıl gül” (1995), “İki xoruz” (1997), “Kərbəladan gələn səslər” (1998), “Kitabların anası” (1998), “Xəzinələrin açarı” (2000) və “Az tolışim” (2001). İlk və son kitabı talış dilində qalan beş kitabı azərbaycan dilindədir. Şair vəfat etdikdən sonra yeddi kitabından biri “Az tolışim” kitabı çap edilib. Bu kitab məşhur talış alimi doktor Əli Əbdoli tərəfindən İran İslam Respublikasının Rizvan şəhərində latın qrafikası ilə çap olunub. 2005-ci ildə həvəskar talışşünas Rabil Abdinov və Müşfiq Abbasov onun talış dilində olan şerlərini “Tolışə Əsəron” adı ilə 3 cilddə çapa hazırlayıb. O kitablardan 2 cild çap olunub, 3-cü cild maddi problemlər üzündən hələ də çap edilməyib.