Gürcüstan Arxivindən Talış Xanlığına aid yeni xəritələr tapılıb.
Xəritlərdə Azərbaycandakı digər xanlıqların müstəqilliyini itirdiyi halda, Talış xanlığının var olduğu görünür.
1837-ci ildə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında tərtib edilmiş Qafqazın Baş Xəritəsində Talış xanlığı aydın görünür.
Qafqazdaki əyələtlərə və vilayətlərə baxdıqda xanlıqlar ləğv olunub və yerinə “Qarabağ əyaləti”, “Quba əyaləti”, “Baki əyaləti”, “Şirvan əyaləti”, “Şəki əyaləti” yaradıldığı görünür. Naxçıvan və İravən xanlıqları isə isə tamamilə Erməni vilayətinə salınıb. Ancaq Talış xanlığı (şahlığı) qorunub saxlanılıb. Buna səbəb 1837-ci ildəRusiya və İrana arasında olan sazişə görə bu iki dövlətim arasında Rusiyanın himayəsində olacaq Talış dövləti olmalı idi və 1841-ci ilədək də oldu.
Sonra isə müəyyən xəyanətlər nəticəsində Talış xanlığı da ləğv olundu. Talış xanlığının ərazisi indiki Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Bilasuvar, Neftçala, Səlyan, Sabirabad və Saatlı rayonları və İmişlinin bir hissəsindən ibarət idi. Kürə qədər bütün ərazilər Xanlığın ərazisində idi.