Talış bölgəsində insanların həyat keyfiyyəti və uzunömürlülüyü tədqiq olunub

AMEA-nın Geologiya və Geofizika (GGİ) və Fiziologiya institutları alimlərinin birgə iştirakı ilə “Azərbaycanda daha yüksək təbii radiasiya fonları olan ərazilərdə həyat keyfiyyətinin və əhalinin uzunömürlülüyünün tədqiqi” layihəsi həyata keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihə Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) ayırdığı qrant çərçivəsində icra edilib.
GGİ-nin şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyevin rəhbərlik etdiyi layihənin məqsədi Talış bölgəsində ətraf mühitin yüksək radiasiya fonu olan ərazilərində yaşayan insanların həyat keyfiyyətinin və əhalinin uzunömürlülüyünün tədqiqi olub. Layihənin tələblərinə uyğun olaraq Talış bölgəsində müvafiq işlər həyata keçirilib. Həmçinin əhalinin ağciyər xərçəngi xəstəliyi və radonun paylanması arasındakı əlaqənin təhlili, radiometrik, biomedikal və tibbi-sosioloji tədqiqatlar aparılıb, hər bir xüsusi hal üçün metod və üsullar hazırlanıb.
Əldə olunan nəticələr böyük fundamental və sosial təsirə malikdir və insan bədəninin real həyat şəraitinə uyğunlaşmaq qabiliyyətinə, insan həyatının ekoloji şəraitə nəzarətin düzgün təşkilinə, radiasiyanın törətdiyi xəstəliklərin qarşısını almağa kömək edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma