ATİŞ seçkilərdə iştirakı ilə bağlı şərtləri açıqlayıb

Hazırda qüvvədə olan seçki qanunvericiliyi və seçkilərin təşkili ilə bağlı ölkədə son onilliklərdə formalaşan təcrübə ilə Azərbaycanda azad, demokratik və ədalətli seçkilər keçirtmək mümkünsüzdür. Bu barədə Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı bəyanatında bildirilir. Çünki seçkilərin keçirilməsinə məsul olan Mərkəzi, dairə və məntəqə seçki komissiyaları bütünlüklə hakim partiyanın nəzarəti altındadır.

Bununla əlaqədar ATİŞ ilk növbədə seçki komissiyalarının tərkibinin, onların fəaliyyətinin obyektiv və şəffaf olmasına təminat verə biləcək dərəcədə, yenidən təşkil olunmasını zərüri hesab edir.

Müəlliflər qeyd edirlər ki, yerlərdə rayon icra hakimiyyəti və digər dövlət strukturları tərəfindən seçkilərə kobud müdaxilə edilir. Seçkilərin azad, demokratik və ədalətli keçirilməsilə bağlı ölkədə effektli qanuni mexanizm yoxdur. Seçki saxtakarlıqları cəzasız buraxılır.

Bundan irəli gələrək bəyanat müəllifləri azad, demokratik və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericilik səviyyəsində icra strukturlarının, xüsusən də yerlərdə, rayon icra hakimiyyəti orqanlarının və polisin seçkilərə müdaxiləsinin qarşısını ala biləcək effektli sistemin formalaşdırılmasını vacib hesab edirlər.

ATİŞ qeyd edir ki, azad, demokratik və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaradılarsa, təşkilat seçki prosesində iştirakını mümkün hesab edir və namizədlərin irəli sürülməsi üçün qurumun potensialı var.

Amma demokratik seçkilərin keçirilməsinə mane olan amillər aradan qaldırılmayınca ATİŞ “seçkilərdə iştirakı əhəmiyyətsiz və yersiz vaxt itkisi” hesab edir.

“Eyni zamanda son vaxtlar dövlət idarəetməsi sahəsində aparılan bəzi islahatlar seçki siyasəti müstəvisində də pozitiv dəyişiklilkərin baş verməsinə ümidimizi artırır”, – bəyanatda deyilir.

ATİŞ bəyan edir ki, yuxarıda sadalanan çatışmazlıqlar aradan qaldırılarsa təşkilat 9 fevral seçkilərində iştirak edəcək.

Əks təqdirdə ATİŞ “millət vəkili” mandatı uğrunda qeyri-bərabər mübarizə şəraitini növbəti saxtakarlıq aksiyası kimi dəyərləndirərək, seçkilərdə iştirak etməyəcək.

ATİŞ dekabrın 7-də Azərbaycan vətəndaş cəmiyyəti və talış ziyalılarının bir qrup nümayəndəsi tərəfindən təsis edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma