Rusların yazdıgı bu tarixi sənədlər bir daha subut edir ki, Kür-Arazdan cənubda bütün Mugana
Talış xanı hakim idi və xalq ona itaət edirdi.
Polkovnik Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsindən;
” Talış xanı Mir Həsən xan bütün ailəsini Lənkərana göndərərək Ərkivandakı izdihamı ilə birlikdədir.
Bu gün düşmən haqqında kəşfiyyat aparmaq üçün Araz çayının hər iki sahilinə patrul göndərildi və məlumat toplamaq, düşmənin hərəkət və niyyətlərini öyrənmək üçün Talış xanlığına iki qasid göndərildi.[5]
“
Polkovnik Mişşenkonun general Yermolova 26 oktyabr 1826-cı il tarixli № 347 hesabatında (Rudbar -Cavad keçidində düşərgədə):
” Məndə hədsiz dərəcədə süvari çatışmazlığı var: 230-a qədər qubalı, 160-a qədər şirvanlı və muğanlı Kürün sahilində qarovuldadırlar; insanlar və atlar hərəkət etmək və Muğan çölündə gəzmək qabiliyyətinə malik deyillər. Muğanlı Mustafa xan və Elat naibi Məmməd bəy Əmirsəliyev, mənim əmrimlə imkan daxilində Muğan çölünə patrul göndərirlər, lakin indiyə qədər düşməndən heç nə aşkarlanmayıb.
Muğanlı Mustafa bəyin ifadəsinə görə, ərazidə Muğan kəndlilərində 150-dən çox ailə qalmamış, əksər əhali Talış xanı Mir Həsən xan tərəfindən İrana aparılmışdır.[6]
Muta Agayev