Talysh International Tv İran hökümətinin siyasi xəttinə uyğun video yayımlayıb.
Birincisi, başlıqda qondarma “Cənubi Azərbaycan” ifadəsindən istifadə etmək axmaqlıqdır. Belə adda coğrafi ərazi yoxdur. Bu ad İrana qarşı olan separatçıların uydurduğu addır.
İkincisi, Talışların İsraillə bağlı problemi yoxdur, Yeraz-Naxçıvanlılarla var. Deyə bilərsiz ki, yəhudilər bu hakimiyyəti dəstəkləyir. Bəli, İsrail höküməti YENA-ya(Yeraz-Naxçıvan qruplaşması) dəstək verir. Amma gəlin unutmayaq ki, İsrail Bakını sırf İranın Fələstindəki mövqeyinə görə dəstəkləyir. Yəni İranın Fələstin mövqeyi olmasaydı, İsrail də Bakıya bu qədər silah satmazdı, Talışları, Şiələri də sıxmazdı.
Digər tərəfdən isə Heydər Əliyevi hakimiyyətə gətirən və maddi dəstək verən üç ölkədən biri İran özü olub. Səhv ediblər, səhvlərin başa düşürlər, çox gözəl, amma indi də etdikləri səhvdir və bizə qulaq asmalıdırlar. Bizim hər dəfə İranın axmaq siyasətinə qurban olmaq kimi vəzifəmiz, səbrimiz, nə də borcumuz yoxdur. Keçmişdə səhv etmisənsə indi qulaq asmalısan.
İran Fələstinlilərə verdiyi dəstəyin 1 %-ni Talışlara versəydi, Azərbaycan türk yox, irançı ölkə kimi formalaşardı. Nə azərilər, nə talışlar, nə də şiələr zülm altında qalardı. Bir tərəfdən ruslar, digər tərəfdən türkiyəlilər başımıza ağa kəsilməzdi. İran ölkəsinə qarşı da şimaldan təhlükə, separatçılıq hərəkatı yaranmazdı.
Razıyam ki, Netanyahu və İsrailin etdikləri yanlışdı və qınanmalıdır. Amma biz supergüc və nüvə gücü deyilik ki, bu məsələni həll edək. Ədalətli olsaq həm də onu görərik ki, Türkiyə İsrailin elədiyindən daha dəhşətli qırğınlar törədib, amma İran və Türkiyə dostdur. Niyə? Çünki bu İranın islamçı siyasi maraqlarına uyğundur. Talışlar isə həm Şiədir, həm də İrançıdır. Bizim üçün tək din yox, həm də milli siyasət vacibdir.
Uzun sözün qısası, biz İranla mədəni və siyasi məsələlərdə əməkdaşlıqda maraqlıyıq. Amma İran höküməti və ya onu sevənlər Talışlardan İsrail və Qərb əleyhinə istifadə etmək istəsə bu əməkdaşlıq uğursuz olacaq. Talışların öz siyasi maraqları var və bizimlə əməkdaşlıq etmək istəyən bu maraqlara hörmət etməlidir.
Həqiqətdir ki, İran və Talışların üst-üstə düşən çoxlu maraqları da var. Amma Talışların İsraillə və Qərblə heç bir problemi yoxdur. Gəlin siyasətdə ortaq maraqlarımızı tapaq. Talışları İranın mərkəzi siyasətinə bağlamaq heç birimizə xeyir verməz.
İran beynəlxalq hüquqdan yararlanaraq Azərbaycanda haqqı pozulan Talışların, Şiələrin hüquqlarının, mədəniyyətinin mühafizəsi ilə məşğul olsa bu ona da, bizə də, azərilərə də başucalığı gətirər.
Talışlara və Şiələrə çağırış edirlər, sonra bizim adamlar türmədə işgəncə görəndə, öldürüləndə isə İran susur, haqqımızı Avropa və Amerika qoruyur. İranın dövlət mediası bütün günü Fələstindən danışır, amma Azərbaycanda zülm görən Şiə və Talışlar haqda heçnə görmürük. Özləri Azərbaycan höküməti ilə əl sıxır, sonra isə bizə deyirlər ki, Azərbaycan İsraillə dost olduğu üçün siz (talış və şiələr) də Azərbaycana düşmən olun. Qətiyyən Azərbaycan və İran arasındakı xoş əlaqələrə qarşı deyilik. Amma özünüz əl sıxdığınız, atasına pul verdiyiniz adamla bizi niyə düşmən edirsiz? Sonra niyə kənarda səssiz qalırsız? Biz özümüz bilirik Əliyevi harda söymək, harda danlamaq lazımdır.
Unutmayın ki, Azərbaycandakı Talış və Şiələr dövlətsiz, bir qara qəpiksiz, Sovet zülmünün altında şiəliyi, talışçılığı, irançılığı yaşadıb. İranda isə elə bir hökümət var ki, içməli suyun düzgün idarəsin belə yarada bilmir. Yəni İranın topu-tüfəngi varsa, bizim də zəkamız, ağlımız, siyasətimiz var. Gəlin əlimizdə olanı bir-birimizlə paylaşaq, sırımayaq.
Bizi oda atıb sonra kənarda dayanmaq siyasət deyil, axmaqlıqdır.
Rahim Şaliyev