“Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd hakimi və şahın başqa bir damadı olan Müzəffər sultan vəfat etmiş şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzə- ni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından mürəkkəb 20000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almaqa göndərdi”.
Abbasqulu Ağa Bakıxanov – “Gülüstani irəm”, səh.115
Bu sözlər Abbasqulu ağa Bakıxanovun tarixi “Gürüstani İrəm” əsərindən bir parçadır. Əsər 1841-ci ildə yazılıb. Bu hissədə məlum olur ki, Qacarlar Qarabağ Talışlarını Şirvana döyüşə yollayır. Qarabağ Talışlarının döyüşə gedən hissəsi nə az, nə çox 20 min göstərilir.
Əgər talışların orduya göndərməyə 20 min insanı vardısa, bu onların həmin vaxtı Qarabağdakı sayının azı 100 min civarında olduğunu göstərir. Bu isə hələ yaxın tariximizdə Talışların Qarabağda da yaşamasını və Qarabağın türklər, kürdlər, ermənilərlə bərabər talışların da tarixi torpaqları olduğunu sübut edir.
Təsadüfi deyil ki, hazırda da Qarabağ ərazisində çoxlu sayda Talış adlı kənd və yer adları hələ də qalmaqdadır. Qarabbağ uğrunda ən çox döyüşənlər də elə Talışlar olub. Çox güman ki, Qarabağın Talış əhalisi öz milli kimliyini və dilini tədricən unudub.
Həmin mətni tam diqqətinizə çatdırırıq:
“Gilan tarixini yazan Əbdülfəttah Fumeni deyir: Sultan Süleyman Xoy və Səlmasa gəldiyi zaman, Gilan hakimi və Şah Təhmasibin damadı Əmir Dubac-Müzəffər sultan onun tərəfinə keçərək, 8000 nəfərlə hüzuruna getdi. Geri qayıtdığı zaman öz nemətilə bəslənən Gühdüm hakimi Əmir Hatəm onun üzərinə basqın edərək, onu məğlub və ordusunu talan etdi. Bu hadisədən sonra, Gilan əhalisi də ondan üz çevirdi. O da əlacsız olaraq gəmiyə minib Şirvana getdi. Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd hakimi və şahın başqa bir damadı olan Müzəffər sultan vəfat etmiş şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzə- ni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından mürəkkəb 20000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almaqa göndərdi. Onlar Şirvana gəldilər. Şirvanlılar onlara boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, mü- dafiəyə başladılar. Qızılbaş əsgərləri əvvəlcə Sürxab və daha sonra Qəbələ qalasını aldılar. Şahzadə, Şirvan qalalarının ən möhkəmi olan Gülüstan qalasını almaq üçün bir dəstə qoşun təyin etdi. Özü də Şahrux mirzənin olduğu Beyqurd qalasına üz qoydu. Şahrux mirzənin vəkili Hüseyin bəy, igid və cəsur qoşunu ilə qarşıya çıxdı. Beyqurd dərəsində müharibə odu alovlandı. Hüseyn bəy məğlub olub qalaya qayıtdı və qalanı müdafiə etməyə başladı. Dördaylıq mühasirədən sonra, Şəki hakimi Dərviş Məhəmməd xan, şirvanlıların köməyinə gəldi. Şəbxun vurmaq məqsədilə o, qızılbaş ordusuna yaxınlaşdı. Nağara vurulub şeypur çalındı, qorçu və sairdən ibarət bir dəstə döyüşə çıxıb qalib gəldi. Dərviş Məhəmməd xan, qoşunundan bir çoxunu ölümə verdi və heç bir iş görə bilməyib geri qayıtdı. Şirvanlılar köməksiz qaldıqları üçün müqavimət göstərə bilmədilər və qalanı müdafiədən aciz olub xəbər göndərdilər ki, əgər şah özü gələrsə, biz qalanı ona təslim edərik. Əmirlər işin keyfiyyətini şaha ərz etdilər. Şah Təhmasib Mərənddən köçüb, qalanın ayağına gəldi. Ertəsi gün vəkil Hüseyn bəy, Şirvanın böyükləri və əyan ilə bərabər, Şahrux mirzəni şahın hüzuruna gətirdilər. Qala və xəzinələrin açarlarını təslim etdilər. Gülüstan qalabəyisi də hüzura gəlib qalanı təslim etdi. Vəkil Hüseyn bəy, Şirvanın bir çox əyanları ilə bərabər öldürüldü”.
Kitabı Buradan Yüklə: