Talış xanı Mir Mustafa xanın nəvəsinə aid emblem tapılıb

Lənkəran rayonunun Havzava kənd sakini İsmayıl Quliyev həyətyanı sahəsində təsərrüfat işləri görərkən metal kürə tapıb. Metal kürə nəzərdən keçiriləndən sonra onun Mir Əsgər xan Talışinskiyə aid emblem olduğu aydınlaşıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi İldırım Şükürzadə məlumat verib.

O bildirib ki, dəyirmi şəkildə olan emblem (metal kürə) üzərində Azərbaycan dilinə tərcümədə “Mir Əsgər xan Talışinskinin əmlakının meşəbəyisi” mənasını verən köhnə kril əlifbası ilə rus dilində “Лесной объездчик имения Миръ Аскяръ Хана Талышинскаго” (“Lesnoy obezdçik Mir Askyar Xana Talışinskaqo”) sözləri və “8” rəqəmi həkk olunub.

Talış xanları nəslindən olan Mir Əsgər xan Talışinski Mir Hüseyn xanın oğlu və 1787-1814-cü illərdə Talış xanı olmuş Mir Mustafa xanın nəvəsidir.

Tədqiqatçı-tarixçi İldırım Şükürzadə deyib: “Mir Əsgər xan Talışinskiyə aid emblemin əmim İsmayıl Quliyevin həyətində tapılması heç də təsadüfi deyil. Böyük babam Hadi Şükürov Mir Əsgər xana məxsus meşə massivində bir neçə il meşəbəyi işləyib. Hadi Şükürov 1918-1920-ci illərdə baş vermiş vəba xəstəliyi zamanı vəfat edib. Görünür, bu emblem böyük babam tərəfindən evə gətirilib və yaxud da onu öz üzərində gəzdirib.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma