Problem Nəriman Axundzadə yox, Yerazlardı

Ajax-Qarabağ oyununda Talış futboçu Nərimanın üzərinə çox düşürlər. Amma problem Nərimandırmı? Nərimanın atası onun hansı şəraitdə böyüdüyünü danışdı. İndi baxaq görək Niderlandda uşaqlar necə böyüyür. 

Dünən Ajax-da forma geyən iki 17-yaşlı futbolçu vardı. Bu futbolçular Ajax-ın bazasında pulsuz qalır, dərslərə gedir, həkimindən tutmuş psixoloquna kimi bütün ehtiyacları bazada görür.

Bazada 10 təbii ot örtüyündən ibarət məşq meydançası mövcuddur. Əlavə süni ot örtüklü kiçik meydançalar, idman zalı var. Akademiyada oxuyanların qidaları xüsusi tənzimlənir. 

Həmçinin onların valdeyinləri ilə əlaqləri üçün də şərait yaradılır. Aşağı yaş qrupunda əsas heyətə düşənlərin valideyinlərinə bəzi oyunlara gəlməsi və dəstək verməsi üçün şərait yaradılır. Ajax-ın veteran ulduzları, həmçinin hazırda Ajax-da, yaxud da komandadan çıxıb top 5-likdə oynayan futbolçular tez-tez bazaya dəvət edilir və uşaqlara motivasiya verirlər.

Uşaqlar heç bir dövlət propoqandası görmürlər. Qarabağ dərdi yox, rüşvət dərdi yox, siyasət dərdi yox. Müəyyən şərtlərlə sevdiyi qızlarla birlikdə olması, bəzən bazada gecələməsi də normal tənzimlənir. 

Bazada 7-18 yaşlar arası 5 minə yaxın uşaq və yeniyetmə təhsil alır. Əlbəttə ki, bu qədər dəstəkdən sonra 5 min uşağın arasında azı 7-8 adlı sanlı futbolçu çıxacaq.

Azərbaycanda isə hər şeydə olduğu kimi futbol da partizan mübarizəsidir. Yeniyetmə olmuş Nərman özü özünə qalmağa ev tapmalıdır, yeməyə yemək tapmalıdır. Valideyinlərini aylarla görmür, sevgili tapmağa vaxt yoxdur. Klubda siyasi məsələlər təbliğ edilir. Ağır zədə aldın normal həkim yoxdur müalicə etsin, məcbursan ehtiyatlı oynayasan. 

Ən azından öz işinizə, öz yaşayışınıza baxın. Hansınız öz işinizdə Niderlandlılar qədər peşəkarsız? İstəyir ofisant olun, istəyir müəllim. Hansınız Niderlandlı eyni iş sahibi ilə eyni səviyyə, biliyə maliksiz. Çox azınız. Çünki siz də bu axmaq Yeraz-Naxçıvanlıların quldur sistemində böyümüsüz və sizə maneə olan əsas məsələ bu sistemdir. 

Rahim Şaliyev

Bir şərh yazın